Əsas Səhifə > Ölkə, Manşet > DEPUTAT KİMƏ VƏ NƏYƏ ARXAYINDIR?..
DEPUTAT KİMƏ VƏ NƏYƏ ARXAYINDIR?..23-09-2022, 11:16 |
“Kristal Abşeron” MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binalarındakı problemlər bitmək bilmir. DİA.AZ Yenicag.az-a istinadla xəbər verir ki, MTK-nın tikdiyi binalardakı problemlərlə bağlı mətbuat və sosial şəbəkələrdə davamlı olaraq şikayətlər işıqlandırılsa da, “Kristal Abşeron” rəhbərliyi susqunluğunu qoruyur. Bu susqunluq o həddə gəlib çatıb ki, vətəndaşlar birbaşa vecsizliklə üz-üzə qaldıqlarını bildirirlər. Şikayətlərin isə ardı-arası kəsilmir. Axtarış motoruna “Kristal Abşeron” yazmaq kifayətdir ki, şirkətin fəaliyyətilə bağlı bir müsbət xəbərin, bir ürəkaçan məlumatın olmaması aydın olsun. Keyfiyyətsiz materiallarda tikilən binalar, mənzillərin tavan və divarlarının nəmdən kif bağlaması, mətbəx mebelində aspiratorla qaz sobasının fərqli yerlərdə quraşdırılması və sair. Məsələn, “Kristal Abşeron” MTK-nın inşa etdiyi “Qobu Park” yaşayış massivində tikinti yerinin düzgün seçilməməsi binalarda su problemi yaradır, yuxarı mərtəbələrə su çatmır. Bundan əlavə, binalar inşa edilərkən heç bir standarta əməl edilməməsi sözügedən yaşayış massivində insanların həyatı üçün təhlükə yaradır. Belə ki, “Qobu park” yaşayış massivində yerləşən 8-ci binada önə doğru maillilik var. Sakinlərin şikayətlərinə baxmayaraq, nə “Kristal Abşeron”, nə də aidiyyəti qurumlar mövcud vəziyyətlə maraqlanırlar. Vətəndaşlar isə binaların çökməsi qorxusu ilə burada yaşamağa davam edirlər. Başqa xüsus isə MTK-nın binalarda özbaşına kommunal ödənişlərin qiymətini qaldırmasıdır. Vətəndaşların ən çox narazılığına səbəb olan bu addıma da şirkət heç bir münasibət bildirmir, əksinə, faktı ictimailəşdirən vətəndaşlara təzyiq göstərilir. Sakinlərin razılığı olmadan mənzillərə domofonların quraşdırılması isə şirkətin ən çox üz tutduğu “pul qoparma” metodudur. Göründüyü kimi, “Kristal Abşeron” MTK keyfiyyətsiz binaları, təmirli adı ilə satılan, əslində, təmirsiz olan mənzilləri, çoxsaylı su-kanalizasiya problemləri ilə vətəndaşları çətin vəziyyətə salmağa davam edir. Məsələni diqqətdə saxlayacağıq. Geri qayıt |