Əsas Səhifə > Ölkə, Manşet > Oliqarx məmurun GÖZQAMAŞDIRAN HƏYATI...
Oliqarx məmurun GÖZQAMAŞDIRAN HƏYATI...15-07-2022, 09:28 |
Son günlərdə SOCAR-ın ümumi məsələlər sabiq üzrə vitse-prezidenti Mikayıl İsmayılovun adı bir sıra qalmaqallarda hallanır. Mikayıl İsmayılov bu gücü və maliyyə imkanlarını isə fərqli yollarla əldə edib. Babək prospektində yerləşən "General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan "GM” avtosalonunun sahibdir. Orta və yüksək vəzifəli şəxsləri həmin avtosalondan alınmış "Cadillac”, "Chevrolet” və "Chevrolet pickup”, "Buick” markalı bahalı xidməti maşınlarla təmin olunub. Mikayıl İsmayılovun birbaşa adının hallanmadığı bir çox şirkətlər də mövcuddur. Bu şirkətlərdən biri "Olerni LTD” şirkətidir. Şirkətin təsisçisi Akif İmanov adlı şəxs olmasına baxmayaraq bütün haqları Mikayıl İsmayılova məxsusdur. Həmçinin təchizat sahəsində formal rəqabət yaratmaq üçün Mikayıl İsmayılova məxus olan bir digər şirkət "Kapital Motors” da oxşar xidmətləri göstərir. Mikayıl İsmayılovun biznes imperiyası Mikayıl İsmayılov "Modern Group”-a daxil olan şirkətlərin hamısı, o cümlədən "Az Granata”, geyim firması "Alyans Tekstil”, "Modern Hospital", avtomibil satışı ilə məşğul olan "Great Motors”, eManat brendi ilə tanınan "Modenis” MMC, təbii və mineral süfrə suyu istehsal edən "Mineral Sular” MMC və digər obyektlərin sahibidir. Onun tapşırğı ilə "Modern groupa” daxil olan "Az Granata” şirkətinin Ağsudakı zavodunun inşası zamanı bir çox insanın torpaqlarına əlindən alınıb. Ağsu və İsmayıllı şəhərləri arasındakı ərazidə yeni torpaq sahələri ələ keçirilərək burada üzümlüklər salınıb. "Modern Group”-a tabe olan adı "Şamaxı Palace” olaraq dəyişdirilən "Şamaxı Rixos” otel və "Şərədil” istirahət mərkəzi isə Mikayıl İsmayılovun ümumi büdcəyə xəyanəti nəticəsində əlindən alınıb. Belə ki, Mikayıl İsmayılova məxsus olan və Nizami rayonu, Mikayıl Əliyev prospektində yerləşən iki blok və beş mərtəbədən ibarət olan obyekt neft şirkətində işləyən xarici vətəndaşların burda yaşaması üçün nəzərdə tutulub. Obyektin dəyəri 5 mln. ABŞ dolları olaraq qiymətləndirilir. Eyni zamanda Bakıda bir sıra ticarət obyektləri, villalar, 200-dən çox mənzil, paytaxtın mərkəzində yerləşən "Central Baku” və "Özsüt” restoranlarının da Mikayıl İsmayılova məxus olduğu, qardaşının adına isə Fəvvarələr Meydanı ərazisində çoxsaylı daşınmaz əmlakın olduğu bildirilir. Türkan qəsəbəsində 3 hektarlıq ərazidə, ailə üzvləri üçün 5 imarət ucaldan Mikayıl İsmayılov imarətlərin hər birinə milyonlarla manat xərcləməklə yanaşı, dənizin bir hissəsini də həyətinə əlavə edib. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası və hovuz da mövcuddur. Villa Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirilb. Validə Abbasova ilə şəxsi münasibətləri Böyük nüfuza və maliyyə imkanlarına sahib bir çox məmur kimi Mikayıl İsmayılov da şəxsi həyatını rəngarəng etməkdən geri qalmır. Məlumatlara görə, Mikayıl İsmayılov son dövrlərdə məşhur model Validə Abbasovaya aşiqdir. Validə Abbasovanın son dövrlərdə sosial şəbəkə hesablarında paylaşdığı lüks həyat yaşamasının təminatçısı da məhz Mikayıl İsmayılovdur. Məlumatlara görə, model xanıma özəl təyyarə ilə uçuşlar təmin edən Mikayıl İsmayılov ilə tanışlıq üçün digər modellər arasında ciddi rəqabət mövcuddur. Kəmaləddin Heydərovla rəqabət Özünü hər zaman fövqəlnazir Kəmaləddin Heydərovla rəqabətdə görən Mikayıl İsmayılov bank və maliyyə ödənişləri sahəsində rəqibinin fəaliyyətinə əngəl olmağa çalışıb. Belə ki, RabitəBankın 50% payçısı olan Mikayıl İsmayılov "MilliÖn” ödəmə sisteminə qarşı "eManat”ı yaradıb. Qeyd edək ki, "AFB” və "Bank of Baku” kimi "MilliÖn” ödəmə sistemi də Kəmaləddin Heydərova məxsusdur və keçmiş deputat Hacı Salayev tərəfindən idarə olunur. Mikayıl İsmayılov Kəmaləddin Heydərova məxsus "Jalə” şirələrinə rəqib olaraq "Az Granata” şirkətini yaradıb. Bu rəqabət prinsipial yanaşan Mikayıl İsmayılov, "Jalə”-nin texnoloqlarına daha yüksək məvacib təklif edərək öz şirkətinə cəlb edib. Ötən il yanğınlarla gündəmə gələn və Bakının Binəqədi rayonu ərazisində yerləşən "Eurohome" tikinti malları bazarının da Mikayıl İsmayılova aid olduğu bildirilir.Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //AMİA.AZ// Geri qayıt |