Əsas Səhifə > Ölkə, Manşet > FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar...
FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar...12-02-2022, 11:43 |
DİA.AZ: - Salyan rayon sakini Hikmət Salahov Fövqəladə Hallar Nazirliyindən şikayətçidir. DİA.AZ-ın məlumatına görə, Vətən Müharibəsində bir övladını Şəhid verən, digər övladı isə Qazi olan Hikmət Salahov bildirir ki, oğlunun FHN-də işləməsi üçün əvvəlcə Salyanda müraciət edib, sonradan onu nazirliyə yönəldiblər. "Nazirliyə getdim, məni elə qapıda qarşıladılar ki, istəyimi elektron formada onlara təqdim edib. Dediklərini etsəm də, 3 aydır cavab yoxdur. Biz Şəhid atalarını qapıdan yola salırlar, geri qaytarırlar. Amma mənim övladların namus yolunda, vətən yolunda savaşıblar". Şəhid atası eyni zamanda rayonun deputatından da giley edib: "Hamısı yola verirlər, heç biri problemi həll etmir". Daha ətraflı aşağıdakı videoda: DİA.AZ olaraq yazıda adları çəkilən bütün qurum və şəxslərin mövqelərini dinləməyə hazırıq... Geri qayıt |