Əsas Səhifə > Ölkə, Manşet > "Sobsan"ın şefləri KİMƏ BELƏ GÜVƏNİRLƏR?..

"Sobsan"ın şefləri KİMƏ BELƏ GÜVƏNİRLƏR?..


11-11-2021, 11:19
"Sobsan"ın şefləri KİMƏ BELƏ GÜVƏNİRLƏR?..
Məlumdur ki, Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsus olan “Sobsan” boya fabriki Qafqaz regionunun ən böyük boya və boya xammal fabrikidir. Bu fabrikin 500 nəfərdən artıq işçisi var. Və milyonlar qazanır.
Necə deyərlər halal xoşları olsun. Amma…
Əmması odur ki, dövlət sənə münbit şərait yaradıb və sən milyonlar qazanırsan. Və dövlətə də milyonlarla ziyan vurursan.
Bəli, dəfələrlə yazmışıq ki, “Sobsan” boya fabriki sözün həqiqi mənasında ətraf mühitə qarşı ekoloji terror törədir. Hətta qardaşların bu əməllərini erməni işğalçılarının ölkəmizin təbiətinə vurduğu ziyanla müqayisə etmişik.
Bəs görəsən Səbzəliyev qardaşlarının bu əməllərini ekologiya naziri Muxtar Babayev görmür ?
Məlumat üçün bildirək ki, Sobsan boyaların tərkibində olan çox sayda kimyəvi maddələr insan orqanizminə, eləcə də ətraf mühitə məhvedici təsir göstərir.
Fabrikin Müşfiq qəsəbəsindəki ərazisində boya istehsalı zamanı yaranan zərərli tullantılar ətrafdakı su hövzələrinə axıdılır. Digər tərəfdən avadanlıq və qurğular vaxtında dəyişdirilməlidir, ətraf mühitin qorunmasına maliyyə vəsaiti ayrılmalıdır ki, ekoloji problem yaranmasın.
Qardaşlar isə qazandıqları milyonları basıb yeyir və ətraf mühiti düşünmürlər və ekoloji terror baş verir.
Söhbət fabrikin Bakıətrafı qəsəbələrdəki “əməllərindən” düşmüşkən, bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır.
Bir neçə ay əvvəl, daha dəqiq desək, bu ilin aprel ayında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ölüm hadisəsi baş vermişdi. Daha doğrusu, “Sobsan” boya fabrikində qanuni fəhlə işləyən şəxsin üsərinə torpaq uçmuş və fəhlə hadisə yerində ölmüşdür. Hətta bu ölüm hadisəsi ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Sonu nə oldu ?
Guya ölən şəxs həmin ərazidə metal qırıntıları, mis yığırmış.
Bir soruşan olmadı ki, nə metal, nə mis-filan ? Ölən şəxs fabrikin işçisi olub və işbaşında ölüb.
Bəli, Səbzəliyev qardaşları deputat dostlarının köməyi ilə hər şeyi batıra bilirlər.
Ümumiyyətlə, bu fabriklə bağlı şikayətlərin sayı-hesabı yoxdur.
Vaxtilə fabrikin Binəqədidə yerləşən sahəsində güclü yanğın zamanı onlarla sakin zərər çəkmişdi. Fabrikin sahibi olan qardaşlar vətəndaşlara dəyən zərəri ödədimi ? Əlbəttə, yox. Zərərçəkən sakinlər haralara yazmadılar, şikayət etmədilər ? Amma nəticə olmadı.

Axı, yanğının səbəbi təbii fəlakət-zad deyildi ee, fabrikin sexində baş verən hadisə idi.
Yəni ətrafdakı yanan evlər Səbzəliyev qardaşlarının əməllərindən ziyan çəkmişdi.
Bəs onda Səbzəliyev qardaşları niyə vətəndaşlara dəyən zərəri ödəmədi ?
“Sobsan”nın əməlləri bununla bitmir.
Səbzəliyev qardaşları Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçiriblər.
Vətəndaşların şikayət etmədiyi dövlət qurumu qalmayıb, ancaq nəticə yoxdur.
Səbzəliyev qardaşları kimə arxayındır ki, vətəndaşlara hədə-qorxu gəlirlər.
Bütün bunlar azmış kimi Səbzəliyev qardaşları alıcıları çəkidə və qiymətdə aldadır. Bəli, çəkidə aldadır.
Üstünə 10 kq yazılan bir vedrə boyanın təmiz çəkisi 6 kiloqramdır. Fabrik boyanın qabının ölçülərini yuxarıdan və aşağıdan dəyişərək, alıcıları aldadır.
“Sobsan” boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
“Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər, deputat seçkilərində kimlərsə “sponsorluq” edirlər, yəni “siyasi işlərə də burun soxurlar”.
Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Bir sözlə, Səbzəliyev qardaşlarının iştahaları və…cəmiyyətimizə vurduğu ziyanlar bitib-tükənmək bilmir.
Bəs, müvafiq dövlət qurumları hara baxır ?
//gundelik-baku.com//


Geri qayıt