Əsas Səhifə > Ölkə, Manşet > Rəhbərliyi dəyişən "Ziraatbank-Azərbaycan"da HƏBSLƏR GÖZLƏNİLİR

Rəhbərliyi dəyişən "Ziraatbank-Azərbaycan"da HƏBSLƏR GÖZLƏNİLİR


25-06-2021, 11:07
Rəhbərliyi dəyişən "Ziraatbank-Azərbaycan"da HƏBSLƏR GÖZLƏNİLİR
Öncə onu qeyd edək ki, bir ölkəni çökdürmək üçün onun bank sistemini çökdürmək yetər. Ona görə də bank məsələsinə müstəqil dövlət olaraq çox həssas yanaşmalıyıq. Çox təəssüf ki, az qala 30 ilə yaxındır bank sistemimizə rəhbərlik edən cənab Elman Rüstəmov bu adi həqiqəti bilmir. Əslində əla bilir, ancaq öz maraqlarına görə, dövlət maraqlarına göz yumur.
Yəqin çoxlarının yadında olar Royal Bank.
Bankın direktoru 29 yaşlı İranlı FUAD CAM idi. Bankın Müşahidə Şurasının sədri isə onun atası ƏLİ CAM idi.
Bu bank qeyri-leqal əməliyyatlar keçirirdi, çirkli pulları yuyurdu.
2012-ci ildə Allah qoymasa, Elman Rüstəmovun qərarı ilə bankın lisenziyası ləğv edildi. Ancaq “qapı bağlanmışdı, Fatı da o məsələ..”. Ata və oğul ölkədən qaçmışdılar. Bank milyonlarla vergidən yayınmışdı və s.
Düzdür Azərbaycan tərəfi Əli Camı beynəlxalq axtarışa verdi. Amma nə faydası.
Səhv etmirəmsə, üstündən 10 il keçəndən sonra 2020-ci ildə Fuad Cam saxlanılaraq Azərbaycana gətirildi. Bundan sonrası maraqsızdır. Çünki ata-oğul artıq öz işlərini görmüşdülər.
Bunu nə üçün yada saldıq.
Eyni proseslər “Ziraatbank”da da baş verir.
Bir şeyi anlamalıyıq ki, casusun iranlı, turanlı, rusiyalı, yaxud fransalı olmasının fərqi yoxdur, casus elə casusdur.
Ziraatbank da uzun illərdir ölkəmizdə fəaliyyət göstərir və bankın rəhbəri Avni Dəmirçidir.
Bu bank da eyni ilə Royal bank kimi qeyri-leqal əməliyyat keçirir. Və üstəlik Avni Dəmirçi ABŞ-da sığınacaq tapmış Fətullah Gülənin adamıdır, əsl FETO-çudur. Avni Dəmirçi də Əli Cam-ın əməllərini təkrar edir, hətta Türkiyə səfirliyinin rəsmi tədbirlərinə qatılmır, çünki “ağa”sı belə buyurub.
Bu adam gör nə qədər həddini aşıbsa Şuşada bankın filialını açmaq istəyir.
Ziraatbankın keçmişi və bu günü ilə bağlı onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Mətbuatda yazılanlara görə Bank çirkli pulların yuyulması ilə məşğuldur, vergidən külli miqdarda yayınır və digər qaranlıq əməllərlər məşğul olur. Bankın saqqallı əməkdaşları Sumqayıtda toplantı keçirir. Görəsən müvafiq orqanlar hara baxır ?
Sonda onu qeyd edək ki, Ziraatbankda yoxlamalar başlayıb, bankın direktoru Avni Dəmirçi və Müşahidə Şurasının sədri Bilgəhan Kuru vəzifələri ilə vidalaşıblar. Onları, İlkər Met və Səlcuq Dəmir əvəz edib.
Daxil olan məlumata görə yoxlamadan sonra bankda həbslər gözlənilir. Yəni Avni Dəmirçini də Fuad Camın aqibəti gözləyir.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
//gundelik-baku.com//


Geri qayıt