Əsas Səhifə > Ölkə, Manşet > İnam Kərimov bu il Göyçaydan barama gözləməsin...
İnam Kərimov bu il Göyçaydan barama gözləməsin...8-06-2021, 10:47 |
Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə nəhayət ki, kümdarlar tərəfindən barama qurdlarının becərilməsinin son mərhələsində müəyyən problemlərin yaranması, ipəkqurdlarının barama sarıması prosesinin ləng getməsi ilə bağlı müraciətlər əsasında hərəkətə gəlib. İcra başçısı ötən günlər ərzində rayonun Mırtı, Şəkər, Şəhadət, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində olub. İlk olaraq Şəhadət kəndində barama qurdlarının becərilməsi prosesi ilə tanış olan Mehdi Səlimzadə tam yetişmə mərhələsində olan ipəkqurdlarının barama sarıma prosesinin alınmadığının şahidi olub. Bununla yanaşı icra başçısı rayonun meyvəçilik və faraş tərəvəzçiliklə məşğul olan Mırtı, Şəkər, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində də kümdarlar tərəfindən oxşar halların baş verməsinin şahidi olub. Qeyd edək ki, rayon icra başçısı Mehdi Səlimzadə yaranmış problemlərin səbəblərinin dəqiqləşdirilməsinə müvafiq köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verib. Xatırladaq ki, Göyçayda bir çox inzibati binada, kəndlərdə bəzi məktəb və digər yerlərdə də barama saxlanılması barədə xoşagəlməz hallar mövcuddur. Yəqin ki, bu neqativə yol açan Mehdi Səlimzadə bu halın aradan qaldırılması üçün də səsini çıxaracaq. Yeni iddiaya görə, M.Səlimzadənin qəfil hərəkətə keçməsinin səbəbi var. O, əslində şəhər ərazisində (məsələn "Aztelekom"-un yerli binası-red) inzibati binalarda saxlanılan barama təsərrüfatlarını təcili kəndlərə köçürtdürür. Anlaşılan odur ki, Göyçayda baramaçılıq əvvəlki illərdə olduğu kimi, bu il də tənəzzül edir... Demokratik.Az Geri qayıt |