Əsas Səhifə > Ölkə, Manşet > 4 aydan çoxdur ki, maaş ala bilmirlər...
4 aydan çoxdur ki, maaş ala bilmirlər...6-03-2021, 10:40 |
Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin genişləndirilməsində iştirak edən "Akkord"un işçiləri aksiya keçirir. Bu barədə Yeniavaz.com-a aksiyada iştirak edən işçilər məlumat veriblər. Onlar bildirirlər ki, artıq 4 aydan çoxdur ki, maaş ala bilmirlər. Sonuncu dəfə əmək haqqı kartlarına 200 manat köçürüldüyünü deyən işçilər yol çəkilişində işləməkdən imtina etdiklərini bildirirlər. İşçilər deyirlər ki, maaşlarını ala bilməyən işçilərin sayı 450 nəfərə yaxındır. Onlar iş icraçısının onlara nə vaxt əmək haqqı veriləcəyi ilə bağlı suallarını cavablandırmadığını qeyd ediblər. Geri qayıt |