Əsas Səhifə > Ölkə, Manşet > Daha bir neçə məmuru həbs gözləyir...
Daha bir neçə məmuru həbs gözləyir...3-02-2021, 11:28 |
DİA.AZ: - Məlum olduğu kimi sabiq nazir Səlim Müslümov həbs edilib. Yayılan xəbərlərdə bildirilir ki, keçmiş məmur hüquq mühafizə orqanları tərəfindən korrupsiya faktlarının araşdırılması ilə bağlı saxlanılıb. Media orqanı həbs xəbərini S.Müslümovun yaxınlarının təsdiqlədiyini bildirib. Qeyd edək ki, S.Müslümov DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb. Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib. Bununla bağlı dia-az.life-a olduqca maraqlı informasiyalar da daxil olub. Məlumatlı mənbə iddia edir ki, köhnə işləklərə görə həbslər Səlim Müslümovla yekunlaşmayacaq. Mənbənin dia-az.life-a söylədikləri: "Olduqca ciddi fiqurların həbsi gözlənilir. Hətta bu arada Ziya Məmmədovun da qollarının qandallanma ehtimalından danışa bilərik". Mənbə iddia edir ki, yaxın günlərdə geniş rezonans doğuracaq... Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |