Əsas Səhifə > Ölkə, Manşet > Hacıbala Abutalıbov həbs oluna bilər
Hacıbala Abutalıbov həbs oluna bilər2-02-2021, 09:45 |
BŞİH-in sabiq rəhbərinin fəaliyyəti araşdırılır Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq rəhbəri, Baş nazirin müavini Hacıbala Abutalıbov həbs oluna bilər. Etibarlı mənbədən “Hürriyyət”ə verilən məlumata əsasən, BŞİH rəhbəri vəzifəsində çoxsaylı qanun pozuntusuna yol verən H.Abutalıbovun keçmiş fəaliyyətinin aparılmasına qərar verilib. Məlumata əsasən, bu məqsədlə artıq komissiya da yaradılıb. Bildirilir ki, bu araşdırmaların sonucu olaraq sabiq merin çoxsaylı qanunsuz əməllərinin ortaya çıxacağı şübhə doğurmur. Bu isə onu deməyə əsas verir ki, Hacıbala Abutalıbovun tezliklə cinayət məsuliyyətinə cəlb olunma ehtimalı yüksəkdir. Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Yaxında oxucularımıza daha geniş məlumat verməyə çalışacağıq. //“Hürriyyət” qəzeti// Geri qayıt |