Əsas Səhifə > Ölkə, Manşet > “Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”


27-01-2021, 10:17
“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”
“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, çadırda yaşayırıq. Bizə yardım edən yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu, Şərifzadə küçəsi: 111 a ünvanında yaşayan Zahid Məmmədov müraciət edib. Onun sözlərinə görə, ailə Şuşa şəhərindən məcburi köçkündür. Atası, anası və qardaşı ilə birlikdə 1996-cı ildən bu ünvanda tikdikləri iki otaqlı evdə yaşayıblar. Yanvar ayının 21-i evlərində qısaqapanmadan yanğın hadisəsi baş verib: “Biz hamımız işdə olmuşuq, yalnız atam evdə olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə zəng edib, lakin onlar gəlincə ev yanıb külə dönüb. Bütün əşyalarımız da yanıb, heç nə çıxara bilməmişik”.

Z. Məmmədov iddia edir ki, aidiyyatı orqanlara müraciət olunsa da, vəziyyətləri ilə bağlı yardım edən olmayıb: “Atam Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun qəbulunda olub. Ona deyib ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Dedilər bazar ertəsindən sizin problemlə məşğul olacağıq, amma heç bir köməklik edən yoxdur. Həm atam, həm də anam yaşlı insanlardır, xəstədirlər. O gündən bu vəziyyətdə çadırda yaşayırıq ”.

Şikayətçinin sözlərinə görə, ötən gün ailəyə universitetlərin birinin yataqxanasında yaşamaq təklif olunub, lakin razılaşmayıblar: “Biz öz evimizi istəyirik, xahiş edirik, evimizin təmirinə köməklik olunsun”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə, onların müvəqqəti yaşayış yerlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına diqqət göstərilir: “Bakı şəhərinin Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayon sakini Qafarov Sərvan Arif oğlu və Şuşa şəhər sakini Məmmədov Vahid Allahyar oğlu bir müddət bundan əvvəl elektrik naqilindəki qısaqapanma nəticəsində yaranan yanğında yararsız hala düşmüş yaşayış yerlərinin bərpasına kömək gəstərilməsi xahişi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Hazırda Dövlət Komitəsində bu müraciətlərə baxılır və doğma yurda qayıdışı gözləyən vətəndaşlara, mövcud qanunvericilik çərçivəsində, müvafiq köməklik göstərilməsi imkanları nəzərdən keçirilir”.

“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”
“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”
“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”
“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox”


Geri qayıt