Əsas Səhifə > Ölkə, Manşet > Gəncədə əlilin başına kimlər oyun açır?

Gəncədə əlilin başına kimlər oyun açır?


24-11-2020, 10:22
Gəncədə əlilin başına kimlər oyun açır?
Gəncə şəhər, Dos-102, bina 148, ev 23 ünvanında yaşayan Vahid İsgəndər oğlu Usubovun əlillik pensiyası naməlum səbəbdən dayandırılıb. Araşdırma nəticəsində məlum olub ki, o, 2017-ci ilin sentyabr ayında əlillik dərəcəsini dəyişmək üçün poliklinikaya müraciət edib. Ordan isə ona göndəriş verərək, Təcili-Tibbi yardım xəstəxanasına göndəriblər. Vahid Usubov xəstəxananın Travmatologiya şöbəsində 1 ay müalicə olunur və epikriz (vacib tibbi uçot sәnәdi) alaraq, aidiyyatı üzrə poliklinikaya təqdim edir. Vahid Usubov əlillik dərəcəsi dəyişdirilmədən, ömürlük əlillik statusu alır.

DİA.AZ xəbər verir ki, 2020-ci ilin iyul ayında isə onun əmək pensiyası heç bir xəbərdarlıq edilmədən dayandırılıb. Bununla bağlı, Vahid Usubov Gəncə şəhər DSMF-nə müraciət edib. Oradan ona bildirirlər ki, onun pensiyası nazirlik tərəfindən dayandırılıb və o, Gəncə şəhər TSEK-nə müraciət etməlidir. TSEK-dən isə Vahid Usuvoba məlumat veriblər ki, onun 2017-ci ildə əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı etdiyi müraciətə görə problem yaranıb.

Vahid Usubov məcbur olub Bakı şəhərinə, ƏƏSMM Nazirliyə və Mərkəzi TSEK-ə gedib. Məlum olub ki, şübhəli əlillik pensiyalarının monitorinqi zamanı onun əlilliyi də səhfən bu qara siyahıya düşüb. Ona bu məsələnin tezliklə düzələcəyini bildirsələr də, artıq 5 aydır ki, Vahid Usubov pensiyasını ala bilmir. O, bununla bağlı, bir neçə dəfə yenidən Bakı şəhərinə qayıdaraq, Mərkəzi TSEK-ə müraciət edib.

Vahid Usubov sonuncu dəfə Travmatologoya İnstitutunda müayinə olunub, tibbi arayışı Mərkəzi TSEK-ə təqdim etsə də, hələ də pensiya ilə bağlı problemi həll olunmayıb.

Nəticədə, Vahid Usubov müalicə olunmaqda və dərmanlarını almaqda çətinlik çəkir.

Geri qayıt