Əsas Səhifə > Ölkə, Manşet > DGK ləğv olunarsa....
DGK ləğv olunarsa....23-04-2020, 11:56 |
DİA.AZ: - Dövlət Gömrük Komitəsində (DGK) islahatlar gözlənilir. Bu barədə DİA.AZ-a qurumdakı mənbəı məlumat verib. Mənbə iddia edir ki, gözlənilən struktur islahatları əslində yekunda DGK-nin özünün ləğvinə gətirib çıxaracaq. Xatırladaq ki, buna qədər də DGK-nın ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi ideyası mövcud idi. Lakin sonradan vəziyyət dəyişdi və Vergilər Nazirliyi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirildi. Eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də İN-ə tabe etdirildi və yaradılan supernazirliyin rəhbərliyi Mikayıl Cabbarova tapşırıldı. İndi isə yenidən yarıtmaz fəaliyyəti ilə diqqəti cəlb edən DGK-nın ləğvi gündəmə gətirilir və iddia olunur ki, bu dəfə DGK ilə bağlı qərar veriləcəyi təqdirdə İN-ə birləşdiriləcək. Bununla bağlı danışan mənbə bildirir ki, səfər Mehdiyevin fəaliyyəti son olaraq prezident tərəfindən təqdir olunsa da, dövlətin ümumi siyasətinin diqtə edəcəyi təqdirdə DGK-nın ayrıca qurum kimi işinə davam etməsi imkansız ola bilər. Mənbənin söylədikləri: "Təbii ki, son olaraq Azərbaycanda bir-birinə alternativ təşkil edən qurumların ləğv edildiyini görürük. Eyni zamanda dövlət aparatının daha mobil və səmərəli fəaliyyəti üçün oxşar qurumların birləşdirilməsi də müşahidə olunur. Bu fonda DGK-nin İqtisadiyyat Nazirliyinə tabe etdirilməsi əslində dövlətin işinə yarayan addımdır. Doğrudur, hazırda pandemiya dövründə belə bir islahatın həyata keçiriləcəyi real görünmür. Çünki bunun üçün müəyyən tədarük lazımdır və hazırki şəraitdə hökumətin başı daha böyük işlərə qarışıq olduğundan bəlkə də DGK-nın ləğvi aktuallığını itirir. Amma gündəmdən çıxmır və bunu untmaq lazım deyil". Mənbə iddia edir ki, artıq sözügedən ideya yetərincə kök salıb. dia-az.life-a söylənilənlər: "Koronavirus pandemiyası ilə bağlı vəziyyət durulandan dərhal sonra belə bir addım atıla bilər. Təbii ki, Səfər Mehdiyev bu zaman işsiz qalmayacaq. Onun Mikayıl Cabbarova müavin gətirilməsi nəzərdə tutulub". Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |