Əsas Səhifə > Ölkə, Manşet > Talıbov naziri niyə "VURDU"?
Talıbov naziri niyə "VURDU"?6-03-2020, 11:07 |
Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Ovqat.com “Nuhçıxan” informasiya agentliyinə istinadən xəbər verir ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt"-un direktoru vəzifəsində çalışıb. Ali Məclis Sədrinin həmin gün imzaladığı bir başqa Sərəncamla Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni texnologiyalar sabiq naziri Rövşən Məmmədov vəzifəsindən azad edilib. Saytımızın yerli qaynaqlardan öyrəndiyinə görə, işdən qovulan Rövşən Məmmədov Naxçıvan Ali Məclisi Aparatının sabiq rəhbəri Əli Həsənovun yaxın qohumudur. Onların quda olduğu söylənilir. Maraqlıdır ki, Əli Həsənov da ötən il tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun “Muxtar” komandadan qovulmasının səbəbləri barədə bir neçə versiya irəli sürülür. Ən çox üzərində durulan versiya isə Əli Həsənovun “Cənab Sədri”ni Azərbaycanın növbəti lideri kimi görməsi və bu çərçivədəki mədhiyyələrində sərhədləri aşması, nə danışdığını bilməməsidir. Deyilənlərə inansaq, keçmiş Aparat rəhbərinin bəzi dövlət yetkililəri barədə sərf etdiyi naxoş sözlər rəsmi Bakının da qulağına çatıb və onunla bağlı ölçü götürülməsi barədə paytaxtdan Muxtar Respublikaya konkret təlimatlar ünvanlanıb. Uzun müddət bu təlimatları qulaq ardına vuran Muxtar Respublika rəhbərliyinə tələbin olduqca ciddi olduğu izah edilib və sonunda Əli müəllim istirahətə göndərilib. Naxçıvanın Əli Həsənovunun öz taxtından salınmasından sonra növbənin onun qudası Rövşən Məmmədova gələcəyi MR külislərində ciddi müzakirə olunurdu. Məsələ təkcə Rövşən Məmmədovun qohumluq əlaqələrində də deyil. Sabiq nazirin həm də qudasıyla əlbir olub xeyli dövlət vəsaitini mənimsədiyi bildirilirdi. İki qudanın ən böyük “bədxərcliyi” isə Naxçıvan televiziyasına yeni avadanlıqların alınmasında yaşanmışdı. Aldığımız məlumata görə, Naxçıvan Ali Məclisi Sədrinin məlum Sərəncamlarından əvvəl MR Rabitə və Yeni Texnologiyalar Nazirliyində ciddi yoxlamalar aparılmış, dərhal sonra isə kadr dəyişikliyi aparılmışdır. Qaynağımızın bildirdiyinə görə, hər iki qudanın istintaqa cəlb olunması gözlənilir. Geri qayıt |