Əsas Səhifə > Ölkə, Manşet > "Nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?"
"Nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?"20-02-2020, 10:01 |
Cəfərov Ramil Vahid oğlu Kürdəmir sakinidir. Dolanışıq üçün Bakıya üz tutub. Hal – hazırda kirayədə qalır. 3 oğul atasıdır, qazancı ailənin dolanışığına bəs etmir. Sosial yardım üçün dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib. DİA.AZ bildirir ki, Ramil Cəfərov uşaqlarının dövlətimizin qayğısına ehtiyacı olduğunu deyir: “Sabah bu körpə balalar böyüyüb vətənin keşiyində durması üçün bunların normal yaşaması lazımdır. 18 yaşı tamam olan kimi əsgər çağıracaqlar. Dövlətimiz bu körpələri əsgər yaşına çatanda yada saldığı kimi, bu gün də bunların qayğısına qalmalıdır”. “Bəzi deputatlar uşaqpulunun sosial yardım kimi imkansız ailələrə verildiyini deyir. Elə isə nədən mənim uşaqlarma sosial yardım təyin edilmir?” – deyən Ramil Cəfərov üzləşdiyi problemlərin həll edilməsini xahiş edir. Geri qayıt |