Əsas Səhifə > Ölkə, Manşet > 2 rayonun başçısı günlərini sayır...

2 rayonun başçısı günlərini sayır...


8-07-2020, 11:14
2 rayonun başçısı günlərini sayır...
Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib. DİA.AZ xəbər verir ki, proses yalnız həbslərlə məhdudlaşmayacaq və sakit şəkildə yola salınanlar da olacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, ilk olaraq 2 rayonun icra başçıları da yola salına bilər. Onlar aşağıdakılardır:

- Balakənin icra başçısı İslam Rzayev 2011-ci ildən bu vəzifədə işləyir. Vaxtaşırı onunla bağlı mediada neqativ materiallar dərc edilir.

- Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə 2009-cu ildən rayona rəhbərlik edir. O, bundan əvvəl Qaxın icra başçısı olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin adı vaxtaşırı korrupsiya əməliyyatlarında hallandırılır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt