Əsas Səhifə > Ölkə, Manşet > “MediStyle Hospital”da bu dəfə həmkarlarına kəf gəldilər...
“MediStyle Hospital”da bu dəfə həmkarlarına kəf gəldilər...6-03-2019, 11:54 |
“Həkim Rəşad Əliyev nə saçımın bərpa olunmasını təmin edir, nə də pulumu geri qaytarmır”. Bu barədə bizimyol.info-ya müraciət edən həkim Rzayev Azər Vaqif oğlu bildirib. O, qeyd edib ki, saç əkilməsi üçün “MediStyle Hospital”a müraciət edərək, həkim Rəşad Əliyevin qəbulunda olub: “Rəşad Əliyev mənə saçların tam bərpa olunacağına, işini keyfiyyətlə yerinə yetirəcəyinə vəd verdi. Bu əməliyyat üçün 1700 manat ödəniş istədi. Təkrar əməliyyata ehtiyacın olmayacağını dedi. Mən də əməliyyat 1700 manat ödəniş etdim, əməluyyat olundum. Amma keyfiyyətsiz, sağlamlığıma müəyyən fəsadlar yaradaraq çıxdı”. Azər Rzayev bildirib ki, həkim Rəşad Əliyevlə “Funda” Tibb Mərkəzində görüşüb: “Rayondan Bakıya gələrək onun qəbulunda olmağa çalışsam da, cəhdlərim baş tutmurdu. Növbəti dəfə “Funda” Tibb Mərkəzində görüşdük və həkim məndən yenidən 300 manat istədi. Mən ondan saçımın tam bərpa olunmasını sona çatdırmağı və ya ona verdiyim pulu geri istədim. O, hazırda nə saçımın bərpa olunmasını təmin edir, nə də pulumu geri qaytarmır. Mənə ən çox ağır gələn həkim həmkarımın mənimlə belə davranmasını qəbul edə bilməməyimdir”. Həkim Rəşad Əliyev həmkarı Azər Rzayevin saçın bərpa olunmaması və 1700 manat ödənişin edilməsi iddialarını qəbul etməyib: “Saçın bərpa olunması ilə bağlı aparılan əməliyyat öz nəticəsini ən azı bir ildən sonra göstərəcək. Bu barədə internetdə axtarış etməklə mənim dediyimin təsdiqini orada tapmaq olar. Nəticə 1 ildən sonra özünü göstərəcək. Mənə 1700 manat ödənişin edilməsi iddiası da həqiqətə uyğun deyil”. Geri qayıt |