Əsas Səhifə > Ölkə, Manşet > Vilyam Hacıyev yarıtmaz fəaliyyətdə ittiham olunur...
Vilyam Hacıyev yarıtmaz fəaliyyətdə ittiham olunur...31-01-2019, 10:30 |
DİA.AZ: - Daha bir icra başçısı yaxın vaxtlarda görəvindən azad olunacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynağın bilgilərinə görə, bu dəfə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin vəzifəsindən azad edilməsi gözlənilir. Mənbənin dia-az.life-a söylədikləri: "Vilyam Hacıyev işindəki yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad olunur. Dəfələrlə ona dövlətin müvafiq qurumları tərəfindən xəbərdarlıq edilsə də, hələ da başçı bildiyini etməkdədir. Məlumdur ki, Prezident İlham Əliyev cənabları istənilən bir addımında məhz xalqın maraqlarını güdən siyasətə üstünlük verdiyini nümayiş etdirir. Son günlər bunu daha da bariz şəkildə müşahidə etdik. Maləsəf, İmişlidə vəziyyət belə deyil. Əslində prezidentin İmişlidəki nümayəndəsi hesab olunan Vilyam Hacıyev özünün yarıtmaz fəaliyyəti ilə dəfələrlə diqqətləri cəlb edib. Elə İmişlidə xalqın icra hakimiyyətinə yürüşünü, ayrı-ayrı kəndlərdə camaatın ayaqlanmasını da nümunə kimi görə bilərik. Buna rəğmən Vilyam Hacıyev özünün şəxsi biz nes maraqlarını üstün tutaraq dövlətin məlum siyasətinin qarşısında görünməkdədir. Belə bir özfəaliyyət isə qəbul olunan deyil". Mənbə iddia edir ki, eyni zamanda 10-dan artıq başçı da postu ilə vidalaşacaq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |