Əsas Səhifə > Ölkə, Manşet > Neftçalanın icra başçısı barədə şok iddialar...

Neftçalanın icra başçısı barədə şok iddialar...


4-01-2019, 10:45
Neftçalanın icra başçısı barədə şok iddialar...
2018-ci il prezident İlham Əliyevin bir neçə sərt cəza sərəncamları ilə yadda qaldı. Əsasən rayonlarda bəzi vəzifəli şəxslərlə bağlı xüsusi ölçü tədbirlərinin icrası baş tutdu. Regionlarda xalqın qanına susamış bir neçə icra başçısı vəzifələrindən qovuldular, o cümlədən, həmin icra başçılarına maşalıq edən “komanda məmurları” da vəzifələrindən azad olunaraq barələrində cinayət işi başlandı, istintaqa cəlb olundular. Amma nədənsə bəzi rayonları öz atalarının mülkü hesab edənlər baş verənlərdən özlərinə bir nəticə çıxarmırlar.
Cəzasızlıq mühitilə özbaşınalıqlarını davam etdirən başçılar yenə də öz ampulalarındadırlar. Mətbuat və sosial şəbəkədə, vətəndaşlar tərəfindən ifşa olunan və 2019-cu ildə bir sıra regionlarda öz vəzifəllərini itirəcək şəxslərin adı hallanmaqdadır. Aldığımız məlumata görə, sərt şəkildə cəzalandırılacaq icra başçısı və məmurlar Neftçala rayona qənim kəsilənlərdir. Azerbaycanrealligi.com-a etibarlı mənbələrdən məlumat daxil olub ki, Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev 2019-cu ilin elə ilk rübündə öz yarıtmaz komanda üzvləri ilə birlikdə vəzifəsini itirə bilər.
Rayonda baş qaldıran kütləvi narazılıqlar da bunu deməyə əsas verir. Rayonu çapıb-talayan cütlük də “vurulacaq” Bildirilir ki, icra başçısını hədəfə gətirən məmurlardan biri 25 ilə yaxın Neftçala Rayonu Maliyyə Şöbəsinin müdiri olmuş Rəşid Manafov və rayonun Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovdur. Bu adıçəkilənlər rayon rəhbərliyinə çox yaxın olan şəxslərdir. Məlumata görə, bunlar təkcə vəzifələrini itirməklə canlarını qurtara bilməyəcəklər. Neftçalanın Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun rəhbərlik etdiyi dövlət xəstəxanasında illərdir ki, rüşvət tüğyan edir. Rüşvət bu xəstəxanada fantan vurur, rayonda hər kəs Mərkəzi Xəstəxananı dövlət xəstəxanası yox, “Telman doktorun özəl xəstəxanası” kimi çağırır.
Burada analoji olaraq, qeyri-adi səbəblər göstərilməklə xəstələrə “tas” qoyulur və açıq rüşvət ödənişləri tələb olunur. Məsələn: doğum şöbəsində bir uşaq anadan olduqda oğlan uşağına görə 2000 AZN, qız uşağı dünyaya gəlirsə, 1600 AZN pul ödənilməlidir. Xadimə kimi işə götürülmək üçün 2000 AZN, diplomsuz tibb bacısı vəzifəsinə düzəlmək üçün 5000 AZN, diplomlu tibb bacısı vəzifəsinə isə 3000 AZN ödənilməlidir. Yəni, bura xəstəxana yox, lap rüşvətxanadır. Neftçala Rayon Maliyyə Şöbəsinin müdiri Rəşid Manafov haqqında isə deməklə, danışmaqla söz bitməz. Bu şəxs insanların evini, malını, mülkünü qanunsuz yollarla özələşdirib öz qohumlarının adına keçirməklə məşhurlaşıb. O, Neftçala rayonunun mərkəzindəki köhnə İcra Hakimiyyətinin binasına yaxın nəhəng bir obyekt tikib yeznəsinin adına özəlləşdirib. Obyektin içində sayı-hesabı bilinməyən otaqlar, dərzi otağı, kişi salonu, qadın salonu, valyuta dəyişdirmə məntəqəsi, ayaqqabı təmiri kimi aylıq xidmətlər fəaliyyət göstərir. Həmin obyektin otaqları vətəndaşlara icarəyə verilib. Bundan başqa, rayonda “İstisu” adlanan müalicəvi istirahət mərkəzini də Rəşid Manafov öz qohumlarının adına özəlləşdirib.
Ölkə başçısının rayonun inkişafına ayırdığı büdcə pulunu Rəşid Manafov talamaq yolu ilə dövriyyəyə buraxıb və öz şəxsi bizneslərinə xərcləyib. Kənar şəxslər onun qara əməllərini görməsinlər deyə Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi, adıçəkilən Telman Zahidovu da şərik götürüb. Əldə etdiyimiz məlumata görə, bir neçə müddət əvvəl bir vətəndaş rayon xəstəxanasında rüşvətə etiraz edən zaman Telman Zahidov yaxınlaşaraq onu vurmağa cəhd edib. Mübahisə zamanı o, etiraz edən şəxsə hədə-qorxu gələrək bildirib ki: “Mənim 300 min başlıq maldarlıq təsərrüfatım var. Cəmi 10 inəyimi sataram, verərəm polisə, sənin evindən gəlib 10 kiloqram narkotik maddə çıxararlar. Basdıraram gedərsən içəri”. Aldığımız məlumata görə, bu cür təhdidlər baş həkim Telmanüçün adi hala çevrilib. Rayonda ona kim etiraz edirsə, bu cur hədə-qorxu gəlir. Bildirmək lazımdır ki, hər iki şəxsin özbaşımalıqlarına, rayondakı fironluqlarına münbit şərait yaradan məhz icra başçısıdır. Hətta bu şəxslər restoran və kafelərdə vətəndaşlar arasında: "Bizə heç kim heç nə edə bilməz, bizim arxamızda İsmayıl müəllim dayanıb. Biz yığılan pulun yarısını onunla bölürük", - kimi açıq təbliğatdan da çəkinmirlər. Rayonun bu cür xoşagəlməz vəziyyətindən ölkə başçısına demək olar ki, saysız-hesabsız şikayətlər olunub. Mənbə bildirir ki, elə bunları nəzərə alaraq, icra başçısının bu il vəzifəsini itirəcəyi real görünür. Başçıya yaxın olan yerli komandasının təkcə vəzifələrini deyil, son bir neçə ildə canfəşanlıqla yığdıqları pulları verib canlarını qurtara bilməyəcəkləri haqqında da məlumatlar var. Digər özbaşınalıqlar törədən məmurlar haqqında da bəzi informasiyalar əldə etmişik. Bəzi məlumatları da araşdırıldıqdan sonra oxucularımızın diqqətinə çatdıracağıq.
Azerbaycanrealligi.com

Geri qayıt