Əsas Səhifə > Ölkə, Manşet > “Mərcansoy” şirkətinin saxta mənzil bazarı...
“Mərcansoy” şirkətinin saxta mənzil bazarı...19-09-2018, 09:36 |
Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin əksəriyətinin saxta ev biznesi ilə məşğul olması barədə ölkə mətbuatında mütəmadi olaraq məlumatlar yer alır. Söhbət təbi ki, işbazların bir mənzili bir neçə adama satmasından gedir. Qeyd edək ki, son illər məhkəmələrdə dəludzluğa məruz qalıb aldadılan vətəndaşların şikayətlərin əsasında onlarla fırıldaqçı şirkətlər barədə cinayət işi açılıb, həbs olunanlar var. Ancaq sərt cəzaların verilməsinə baxmayaraq yenə də bir çox şirkətlər bir mənzili bir neçə vətəndaşa satmaqda davam edirlər. Belə şirkətlərdən biridə Türkiyədən ölkəmizə gələrək burada bina tikinti biznesi ilə məşğul olan “Mərcansoy” şirkətidir. AzFakt.com-a daxil olan şikayətə görə “Mərcansoy” şirkəti Bakının Xətai rayonu ərazisində STS şirkətinin tikdiyi binalardakı mənzil satışında saxtakarlığa yol verərək vətəndaşlarımızı aldadır. Şikatətçilər bildirlər ki, “Mərcansoy” şirkəti saxta mənzil satışını bu yaxınlarda həbs edilən lakin sonradan azadlığa çıxan Sahib İbrahimovla birlikdə həyata keçirir. Xatırladaq ki, Sahib İbrahimov Diasporla İş Dşvlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və adı bir çox dələduzluq qalmaqalında keçən Hacı İbrahimin qardaşıdır. STS şirkətinin binasından mənzil alan şəxsin bildirdiyinə görə “Mərcansoy” şirkətinin saxta mənzil alverinə Türkiyə vətəndaşı olan bir şəxs rəhbərlik edir. Məhz bu şəxs bəzi maklerlərlə əlbir olaraq mənzillərə alıcı tapır, pulunun bir hissəsini aldıqdan sonra eyni mənzili başqa bir vətəndaşa satır. Aldadıldığını görən vətəndaşlar pulunu geri almaq istəyərkən ona yenidən başqa bir mənzil təklif edilərək vaxt uzadılır. Məlumata görə yaxın günlərdə bu cür problemlə üzləşən vətəndaşlarımız "Mərcansoy" şirkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Qeyd edək ki “Mərcansoy” şirkəti Türkiyədə əsasən qida, sənaye və tikinti sahəsində fəaliyyət göstərir. Bu şirkətin sahibi olan Mərcansoy ailəsinin adı bir vaxtlar FETO şəbəkəsi ilə hallanıb. Azərbaycan və Türkiyə mediasında yerləşdirilən məlumatlarda qeyd edilir ki, “Mərcansoy” şirkətinin qurucusu Həsən Mərcan 90-ci illərdən FETÖ ilə ciddi bağlantısı olan bir şəxs olub. Hələ Nəcməddin Ərbakanın “Rifah” partiyasına maddi və siyasi dəstək verən Həsən Mərcanla qardaşı Mövlanə Əli Mərcansoy o zamanlar hər yerdə Fətullah Güləni təbliğ ediblər. Ancaq Həsən Mərcansoy siyasi işləri buraxaraq ticarət və biznes sahələrinə girişdiyi üçün FETO ilə bağlantılar Mövlanə Əli Mərcansoy həyata keçirtməyə başlayıb. Siyasətə baş vuran Mövlanə Əli Mərcansoy bir müddət sonra hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandasında yer almışdı. Həmin vaxt Ərdoğan İstanbul Bələdiyyə sədri , Mövlanə Əli Mərcansoyda bələdiyyə məclisinin üzvülərindən biri seçilmişdi. Türk mediasının iddiasına görə Mövlanə Əli Mərcansoyun məhz FETO-nun göstərişi ilə Ərdoğan komandasına yer aldığı və Bələdiyə məclis üzvülüyünədə FETÖ-nun bir başa dəstəyi ilə düşdüyü bildirilir. Rəcəb Tayyib Ərdoğanın həbs edilməsindən sonra isə Mövlanə Əli Mərcansoy da FETÖ-nun tapşırığı ilə siyasətdən çəkilərək yenidən iş dünyasına qayıtdı. AKP hakimiyyəti dönəmində FETO-nun maddi və siyasi dəstəyi ilə güclənən, inkşaf edən “Mərcansoy” Şirkətlər Qrupu artıq xarici ölkələrədə sərmaye qoymağa başladı. Azərbaycanada FETÖ-nun tapşırığı və “xeyir duası” ilə yerləşən “Mərcansoy” Şirkətlər Qrupunun İdarə heyyətinin üzvü Mövlanə Əli Mərcansoyun burada işləri istədiyi kimi getməyib. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Geri qayıt |