Əsas Səhifə > Ölkə, Manşet > Kürsülərində narahat oturanlar...

Kürsülərində narahat oturanlar...


17-03-2022, 11:52
Kürsülərində narahat oturanlar...
DİA.AZ: - Bəzi icra hakimiyyəti başçıları şələ-şüləsini yığıb getməyə hazırlaşır. Onlara bayramdan sonra "yaxşı yol" deyiləcək.

DİA.AZ-ın xəbərinə görə, işğaldan azad edilmiş rayonların bəzi icra hakimlərinin yerinə yeni təyinatlar gözlənilir.

Qubadlı, Zəngilan, Kəlbəcər icra başçıları yenilənə bilər. Eyni zamanda Lənkəran, Astara və Samux icra hakimləri də çamadan ovqatındadırlar.

Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır.

Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb.

Əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

Yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir.

Dövlət tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır.

Hakimiyyətdəki mənbələrdən DİA.AZ-a sızan iddialara görə, Laçın icra başçısı Aqil Nəzərli də növbəsini gözləyir.

Eynilə, Daşkəsənin icra hakimi Əhəd Abıyev də səksəkədədir.

Bölgələrdə idarəetmənin refreşinə ciddi ehtiyac var idi. Görünən odur ki, xalqa xidmət etməyən icra hakimləri yola salınır.

Bu baxımdan rayonlarda icra hakimiyyətləri fəaliyyətinə təzədən baxmalı, nizamlamalı olacaqlar. Çünki əvvəlki dövr deyil və vətəndaşların daha çox şikayət etdiyi əyalətlərdə dəyişikliklər qaçılmaz olacaq.

Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, Xızının başçısı Xəzər Aslanovun da vəziyyəti ürəkaçan deyil.

Zəngilan və Yardımlı rayon icra hakimiyyətlərində də dəyişikliklər istisna edilmir.

Prezident İlham Əliyevə son zamanlar ən çox şikayətlərin Ağsu, Hacıqabul və Ağdaş icra başçılarından getdiyi məruzə olunub.

Geri qayıt