Əsas Səhifə > Ölkə, Manşet > Gömrük Komitəsi narazılıq yaradır...
Gömrük Komitəsi narazılıq yaradır...6-07-2018, 10:04 |
DİA.AZ: - Gəncə şəhər sakini Azad Rüstəmov DİA.AZ-a şikayət ərizəsi ilə müraciət ünvanlayıb. Narazı vətəndaş Dövlət Gömrük Komitəsindəki özbaşınalıqdan giley edir. Həmin müraciəti təqdim edirik: "Gömrük əməkdaşlarının qeyri qanuni hərəkətləri son zamanlar kütləvi informasiya vasitələrində geniş müzakirə mövzusuna çevrilib. Bu özbaşınalıqlardan əziyyət çəkən insanlardan biri də mənəm. Mən Gəncə şəhərində yaşayıram və şəxsi istifadə üçün özümə xaricdən internet vasitəsi ilə üz təraş edən aparat sifariş etmişəm. Hal-hazırda mənim bu sifarişim gəlib və Azərbaycan Respublikası Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb və yerli poçt şöbəsinə göndərilmir. Bu özbaşınalığın səbəbini isə açıqlayan tapılmır. Bununla bağlı məlumat əldə etmək üçün mən yerli poçt şöbəsinə yaxınlaşdım və şahid oldum ki, mənim kimi bu özbaşınalıqdan əziyyət çəkən insanlar çoxdur". Daha sonra dia-az.life-a daxil olan müraciətdə qeyd olunur: "Bu gün mənim haqqım tapdalanır və mən bir Azərbaycan vətəndaşı kimi gömrük komitəsindən tələb edirəm ki, mənim sualıma aydınlıq gətirsinlər. Hansı qəbul edilmiş qanun əsasında vətəndaşların onlayın vasitəsilə şəxsi istifadə üçün sifariş verdikləri məhsullar gömrükdə saxlanılır?" Qeyd edək ki, narazı vətəndaş oxşar məzmunda prezidentə də müraciət edərək, kömək istəyir... dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq və çalışacağıq ki, gün ərzində məsələyə aydınlıq gətirək. Geri qayıt |