Əsas Səhifə > Ölkə, Manşet > İki yüksək vəzifəli şəxsin ƏMRİ HAZIRDIR

İki yüksək vəzifəli şəxsin ƏMRİ HAZIRDIR


5-07-2018, 11:34
İki yüksək vəzifəli şəxsin ƏMRİ HAZIRDIR
DİA.AZ: - Mingəçevirdə baş vermiş qəza ilə bağlı prezidentin keçirdiyi dünənki müşavirənin ardından ciddi cəzalar olacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə xəbər verib. Qaynaq bildirir ki, hələlik araşdırmalar, səsələnən ittihamlar sübutlu və dəlilli formada təqdim olunmadığından qəti qərarın verilməsi yubanır, amma cəza mütləq olacaq.

Mənbənin dia-az.life-a söylədikləri: "Prezident kimisə bağışlamayacaq. Dünənki müşavirədə də bu aydın göründü. Əgər hansısa məmur arxayındısa ki, danlaqla iş bitdi, belə olmayacaq. İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən məhz xalqa yönəlik siyasəti ilə diqqətə gəlir. Və son olayda da zərərçəkən xalq oldu. Bunun bədəlini isə prezident bütün günahkarlara ödətdirəcək. Kimliyindən asılı olmayaraq".

Mənbə bildirir ki, artıq iki yüksək çinli məmurla bağlı qərar hazırdır: "Tək qalanı sübutların tam təsdiqlənməsidir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

Geri qayıt