Əsas Səhifə > Ölkə, Manşet > Yollara səpələnən milyonlarımız...
Yollara səpələnən milyonlarımız...9-05-2018, 09:10 |
2010-cu ildə 600 milyon dollar dvlət vəsaiti hesabına salınan Bakı-Quba-Rusiya avtomobil yolu qazılır. AzEuroNews.com xəbər verir ki, buna səbəb “Akkord” şirkəti tərəfindən betondan inşa olunan yolun dağılması, avtomobillərin hərəkətinin mümkünsüzlüyüdür. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu yol yenidən qazılaraq təmir işləri aparılır. Təmir işlərinin aparılması Bakıdan şimal istiqamətə gedən və gələn sürücülərə çətinliklər törədir. Hərəkət sürətinin bəzi əraziləridə 30 km/s-a düşməsi magistral yolda tıxacın yaranmasına, sürücülərin əsəblərinin gərilməsinə səbəb olur. ► “Akkord” 70 il demişdi, heç 3 il dözmədi “Akkord” Bakı-Quba-Rusiya yolunu inşa edib o vaxtkı Nəqliyyat Nazirliyi nəzdindəki “Azeryolservis”ə təhvil verəndən 3 il sonra- 2013-cü ildə yolda çökmə və dağılmalar qeydə alınmışdı. Yol Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilmişdi. 146 kilometrlik yolun 134,5 kilomteri “Akkord” Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilmişdi. Yol istifadəyə veriləndə “Akkord” bu yolun 70 il davamlı olacağı barədə bəyanat yaymışdı. Yolun tikintisinə 2008-ci ildən başlanılmışdı. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənmişdi. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunmuşdu. Yerdə qalan 263 milyon 426 min manata isə, 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilmişdi. Geri qayıt |