Əsas Səhifə > Ölkə, Manşet > "Mikayıl Cabbarova teleqram vurmuşam..."

"Mikayıl Cabbarova teleqram vurmuşam..."


28-09-2017, 11:00
"Mikayıl Cabbarova teleqram vurmuşam..."
“Sarıxanlı kənd orta məktəbinin direktor əvəzi Sahil Vəliyev qeyri-qanuni işə götürülüb”.

Bunu AzNews.az-a açıqlamasında sözü gedən orta məktəbin fransız dili müəllimi Fəridə Əsədova deyib. O, bildirib ki, Sahil Vəliyevin imtahandan keçmədiyi halda bu vəzifəyə təyin olunması araşdırılmalıdır:

“Çox savadsızdır. Müəllimlərin dioqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanda 4 suala cavab yazıb. Təhsil şöbəsinin müdiri belə bir savada malik olan şəxsi direktor əvəzi qoyub. Bu adam məktədə qeyri-qanuni, oğurluq işləyir. Direktor əvəzi gələn kimi dərnək açıb. Orada bir nəfər müəllimə yer vermir. Deyir ki, “onun pulu Ramiz müəllimə çatır”. Anlaya bilmirəm, imtahanda 90% bal toplamışam. Həmin dərnəkdə mənə niyə yer verilməli deyil? Direktor əvəzi gələn kimi işçiləri çıxardıb, öz adamlarını gətirib. Məktəbdə anarxiya, özbaşınalıqdır”.

Fəridə Əsədov məsələ ilə ağlı Təhsil Nazirliyinə teleqram vurduğunu da deyib:

“Mikayıl Cabbarova teleqram vurmuşam. Gəlsinlər Sahil Vəliyevin burada necə və hansı yolla işlədiyini araşdırsınlar. İmtahandan 4 suala cavab yazan biri mənə necə hökm verə bilər? Biz nazirlikdən nümayəndə tələb edirik”.

Geri qayıt