Əsas Səhifə > Ölkə, Manşet > Gəncə Endokrinoloji xəstəxanaxanasında əcaib qayda-qanun...
Gəncə Endokrinoloji xəstəxanaxanasında əcaib qayda-qanun...15-09-2017, 11:12 |
Teref.info-nun poçtuna Gəncə Endokrinoloji xəstəxanasında hökm sürən yeni qanunlala (qanunsuzluqlarla) bağlı şikayət daxil olub. Şikayətçi yazır: "Mətbuatda hər gün səhiyyədə baş verən özbaşnalıq haqqında yazılar yazılır, töhmətlər verilir amma.... Bu gün şahid oldum ki, nə qədər ölçü götürülsə də yenə bəzi adamlar nəticə çıxarmırlar. Qızımı qan analiz üçün şəkərlər xəstəxanasına aparmışdım. Labarotariya kabinetininə yaxınlaşmamış xəstəxanada çalışan xanım bizi çölə cıxıb orada gözləməyimizi bildirdi. Xəstəxana təmir olunandan sonra yeni disiplin yaradıblar. " Teref.info olaraq bildirmək istəyirik ki, Gəncə şəhər Endokrinoloji xəstəxanası əsaslı təmirdən sonra bu ilin iyul ayından fəaliyyətini bəpra edib. "Xəstələr koridorda deyil xəstəxananın həyətində gözləməlidilər. Qapı da arxadan baglanılır. Səbəbini də sorusanda deyir tapşırıq yuxarıdandı. Əgər insanlara gözləmə otağinga oturmaga icazə vermiyəcəkdisə bəs o zaman bu qədər xərc cəkib xəstəxanaları təmir etdirməyə nə gərək vardı? Axı bura xəstəxanadır, yaşlısı var, körpəsi var. Xəstəxanada gözləmə otaqları var və o da xəstələrin həkimi gözləmələri üçün yaradıləb. Səlahiyyətindən sui-istifadə edən insanlar haqqıında yəqin ki ölçü götürərlər. Flora Məhərrəmova" Teref.info olaraq bizdə Səhiyyə nazirimizə Flora xanımın sualını ünvanlayırıq. Cənab nazir bizim səhiyyə nə zaman düzələcək? Geri qayıt |