Əsas Səhifə > Ölkə, Manşet > Ağstafa Rayon İcra Hakimiyyətində oğurluq

Ağstafa Rayon İcra Hakimiyyətində oğurluq


3-08-2017, 11:29
Ağstafa Rayon İcra Hakimiyyətində oğurluq
Ağstafa rayonunda ilginc hadisə baş verib. Rayon İcra Hakimiyyətində oğurluq olub.

Rayon İcra Hakimiyyətinin 1-ci müavini Ramiz Tatarovun kabineti yarılıb, seyf açılıb,içərisində olan külli miqdarda pul aparılıb.Hadisə baş verdiyi vaxt Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev məzuniyyətdə olub.

Rayonda gəzən söz-söhbətə görə ,seyfdən aparılan pul rayon müəssisə və təşkilatlarından aylıq yığılan vəsait imiş.
Faktinfo.az

Geri qayıt