Əsas Səhifə > Ölkə, Manşet > Laçının icra başçısına ittiham

Laçının icra başçısına ittiham


18-07-2017, 12:57
Laçının icra başçısına ittiham
Laçın Rayonunun İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın Rayonunun İdarəetmə sistemində vəzifədən çıxarılma və vəzifəyə təyinat, təyinatla bağlı digər məsələləri qeyri-rəsmi olaraq qardaşı Müqabil Nəzərliyə həvalə edib. Müqabil Nəzərlinin xəbəri olmadan heç bir idarə müdiri adi bir xadiməni də işə götürmək iqtidarında deyil. Bütün bu proseslər isə Müqabil Nəzərlinin atasına məxsus olan "Laçın Petrol" adlı yanacaq doldurma məntəqəsindən idarə olunur. Bir neçə adam əlaqələndirici funksiyasını yerinə yetirirlər. Rayonda işə düzəlmək istəyən şəxslər əvvəlcə həmin əlaqələndiricilərdən biriylə görüşüb, istəklərini ona bildirirlər. Daha sonra əlaqələndirici məsələni Müqabil Nəzərliylə açır. Məsləhət bilinsə iş istəyən Müqabil Nəzərliylə "Laçın Petrolda" ona məxsus olan kabinetdə görüşməli olur, vəzifədən və işdən asılı olaraq tətbiq edilmiş "rüsumu" ödəyib, onun razılığını alındıqdan sonra işistəyənin sənədləri İcra Hakimiyyətinə göndərilir. Vəziyyət elə bir həddə çatıb ki, camaat "Laçın Petrola" İcra Aparatının Kadrlar Şöbəsi adını verib. Nəzərli Müqabil Ağaxan oğlu Ağcabədi Müəllimlər İnstitutunun Tarix fakultəsini bitirib. Öz tərcümeyi halını yazmağa səriştəsi olmayan bu adam İnstitutu bitirdikdən sonra bir müddət orta məktəbdə tarix müəllimi işləyib. Qardaşının İcra Hakimiyyətinin müavini vəzifəsində çalışmasından istifadə edərək saxta yolla psixoloq sertifikatı alaraq məktəbdə psixoloq kimi fəaliyyət göstərməyə başlayıb. Qardaşı Aqil Nəzərli İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin o lunduqdan sonra İcra Aparatında işləməməsinə rəğmən göndəriş əsasında Prezident Yanında Dövlət İdarəetmə Akademiyasına qiyabi təhsil almağa göndərilib. Uzun illərdir İcra Aparatında çalışan və yetərincə savadlı kadrların olmasına baxmayaraq Müqabil Nəzərlinin Akademiyaya oxumağa göndərilməsi İcra Başçısı Aqil Nəzərlinin vəzifəsindən suiistifadə etməsinin nəticəsidir.
Biz aşağıda imza edənlər Hümbətov Cənnət qeyd diklərinin şahidi olduğumuz və rayondakı özbaşınalığın höküm sürdüyü üçün şəxsiyət vəsiqəmizin AZE№ ilə imzalarımızı təsdiq edirik:
1. Hümbətova Bilqeyis Süleyman qızı ----- AZE№ 04038521
2. Məhəmmədova Suqura Bünyad qızı ----- AZE№ 02966330
3. Hünbətova Gülaçar Cəllad qızı ----------- AZE№ 08784078
4. Hünbətova Kürbəyi Cəllad oğlu ---------- AZE№ 08784161
5. Süleymanova Gülçöhrə Süleyman qızı -- AZE№ 15235139
6. Qasımov Əlövsət Əhliman oğlu ---------- AZE№ 09830546
7. Qasımova Arzu Əlibaba qızı -------------- AZE№ 09830487
8. Məmmədova Nailə Yaqub qızı ----------- AZE№ 08786974
9. Hümbətov Cənnət Cəllad oğlu ----------- MYİ№ 0313079
10. Əhmədov Amin Xosrov oğlu ------------- AZE№ 14969681
11. Bəhmənli Bəhmən Əbülfət oğlu -------- AZE№ 14268356
12. Dünyamalıyeva Nəzakət Callat qızı --- AZE№ 08785262
13. İbraqimova Rəqiyə Süleyman qızı ----- AZE№ 13325125
14. İsmayilov Mamed Əli oğlu ------------- AZE№ 13237178
15. İsmayilov Loğman Mamed oğlu ------- AZE№ 09858242
16. İsmayilov Elgiz Mamed oğlu ----------- AZE№ 09858276
17. Əhmədova Şərqiyə Süleyman qızı ------ AZE№ 02366567
18. Qasımov Mirələm Əhliman oğlu ------- AZE№ 08597760
Tel: 050-891-65-23
Xalqxeber.Az

Geri qayıt