Əsas Səhifə > Ölkə, Manşet > Baş dəmiryolçu üçün kövrək mövzular...
Baş dəmiryolçu üçün kövrək mövzular...6-06-2017, 10:34 |
Baş dəmiryolçunun İstanbuldakı konsulluqda işləyən oğlu Şəmşir Şəmşirlinin adı keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovla şəriklikdə hallanır. Diplomatın biznes fəaliyyəti ilə məşğul olması ciddi qanun pozuntusu kimi qiymətləndirilib. Onun adı Elnar Arif oğlu Əsgərov və onun xalası oğlu Emin İsmayıl oğlu Hüseynovla birgə 3,2 milyon ABŞ dolları məbləğində böyük qalmaqalda çəkilir. Əldə etdiyimiz xəbərə görə, C.Qurbanovun oğlunun A.Əsgərovun övladı ilə şərikliyi onun işini çətinə salıb. Lakin bu qalmaqalın mürəkkəbi qurumamış C.Qurbanovun adı “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun bankından (“Bank of Azerbaijan”) götürülmüş iri məbləğdə vəsaitin qaytarılmamasında keçir. Baxın, məhkəmədə düşmən ölkəylə adı hallanan şəxs Elyar Muradovun doğma qardaşıdır. O Elyar ki, hazırda “Azərbaycan Dəmir Yolları”da departament rəhbəridir. Sözsüz ki, bu faktlar kəlbəcərli Cavid Qurbanovun imicinə də təsir etməyə bilməz. 2017-ci ili özü üçün karyerasında dönüş ili sayan C.Qurbanovun ətrafındakı bu “burulğan”lar onun yüksəlişinə çox ciddi maneədir. MTN işində, “Hafka”ya borc qalmaqalında, konsulluqda işləyən oğlu biznes şərikliyində adı keçən C.Qurbanov üçün “qara zolaq”dan çıxış dövrü qaranlıq görünür. QSC sədrinin hakimiyyətdəki düşmənlərinin olması da istisna deyil ki, barəsində kampaniya aparılır. Xüsusi olaraq qeyd edək ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşaiyət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir. Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətirirəm, burada pis nə var ki? Cavid Qurbanovun İstanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi, sürücülərilə bağlı qalmaqal da, Daşkəsəndə 12 il həbsdə olmuş bir şəxsi yol idarəsinə rəis təyin etməsi onun əleyhinə istifadə edilə biləcək faktlardandır. Ən əsası isə Gürcüstanın baş naziri Bidzin İvanaşvilinin Qars – Axalkələki – Tiflis – Bakı dəmiryolunun çəkilişilə bağlı narazılığıdır. İvanaşvili dəmiryolunun inşasında şübhəli məqamların olduğunu demişdi. Hətta xüsusi olaraq bununla bağlı Bakıya səfər etmişdi. “Bizim yol” qəzeti 22 fevral 2013 qeyd edirdi ki, saytlardan birində Cavid Qurbanovun İranın xüsusi xidmət orqanları ilə əlaqəsi haqda yazılıb. dia-az.life yazır: “Cavid Qurbanov bu günə qədər İran kəşfiyyatına aid iqtisadi şəbəkələrlə gen-bol əməkdaşlıq münasibətində olub və bu gün axtarışda olan, Qurbanovun sürücüsü kimi tanınan Mahir Lənkəranlı faktoru da bu əlaqələrin təcəssümü kimi qəbul edilə bilər. Bu barədə məlumatı verən bilgili qaynaq iddia edir ki, Cavid Qurbanov necə ki, İrana aid şübhəli iş adamlarının Azərbaycanda fəaliyyətinə şərait yaradır, eləcə də onun İranda böyük biznesi var…”(xeberal.az) Geri qayıt |