Əsas Səhifə > Ölkə, Manşet > Mahir Quliyev yol üstündə...

Mahir Quliyev yol üstündə...


2-06-2017, 10:51
Mahir Quliyev yol üstündə...
DİA.AZ: - Barəsində artan narazılıqlar üzündən "yuxarıların" tənəsinə tuş gələn növbəti məmur Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevdir.

Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, Mahir Quliyevə bu günlərdə son xəbərdarlıq edilib6 "belə demək mümkündür. Xəbərdarlıq son da ola bilər. Şünki Mahir Quliyev bu vaxta qədərki iradları nəzərə almamış kimi görünməkdədir. Rəsmi açıqlamalar və rəqəmlər də təsdiqləyir ki, Mahir Quliyev hazırda görəv başında olan icra başçıları arasında vəzifəsinin öhdəsindən gələ bilməməsi baxımından lider hesab oluna bilər. Ona görədir ki, Biləsuvardan davamlı şəkildə şikayətlər müxftəlif dövlət qurumlarının poçt qutularını doldurmaqdadır".

Mənbə dia-az.life-a açıqlamasında onu da əlavə edib ki, Mahir Quliyev bu günə kimi özünün diqqətə gəlməməsi üçün ciddidən çaba sərf edir: "Amma nə zamana və haraya qədər. "Yuxarılar" artıq Biləsuvardan gələn narazılıq məktublarını geriyə - başçının üstünə həll etməsi üçün yollamaqdan da yorulublar. Yəqin ki, Mahir Quliyev idarəetmə probsoplərinə ciddi şəkildə əl gəzdirməli olacaq".

dia-az.life olaraq səslənən bu ittihamlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt