Əsas Səhifə > Ölkə, Manşet > Xain hərbçilərlə bağlı əhalidən edam tələbi
Xain hərbçilərlə bağlı əhalidən edam tələbi9-05-2017, 11:01 |
Vətənə xəyanət edərək, ermənilərə "işləyən” hərbçilərin aşkarlanması ilə bağlı yayılan məlumat cəmiyyətdə şok effekti yaradıb. Düşmən kəşfiyyatına casusluq edən azərbaycanlıların mövcudluğu əhalinin qəzəbinə səbəb olub və sosial şəbəkə istifadəçiləri həmin şəxslərin edam edilməsiylə bağlı çıxışlar edirlər. Bu təkliflə çıxış edənlər Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra edam cəzasının müzakirəyə çıxarılması misal gətirərək Azərbaycanda da ölüm hökmünün bərpası məsələsinin vacibliyini bildirirlər. Edam məsələsinin bir neçə dəfə gündəmə gəlməsini nəzərə alsaq, vətənə xəyanət edənlərin aşkarlanması məsələsi edam cəzasını bərpasına gətirib çıxara bilərmi? Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ömürlük həbs ölüm cəzasından da betərdir: "Azərbaycan qanunvericiliyində "vətənə xəyanət” maddəsi ləğv edilib. Həmçinin ölüm cəzası da qanunvericilikdən çıxarılıb. Dünya praktikası sübut edir ki, cəzanın sərtliyi cinayətlərin sayını azaltmır, qarşısını almır. Daha başqa yanaşmalar, üsullar, vasitələr tətbiq olunmalıdır ki, həmin problem çözülsün və cinayətin baş verməsinə səbəb olan amillər aradan qalxsın. Ölüm cəzasının bərpası məsələsini təkrar gündəmə gətirməyi məqbul saymıram. Vətənə satqınlıq edən adamlar ömürlük həbs alırsa, bu, hər gün ölüb-dirilməyə bərabərdir. Məncə, ömürlük cəza ölümdən də betərdir. Daha ağırdır, daha məhrumiyyətlidir, daha məşəqqətlidir”. Geri qayıt |