Əsas Səhifə > Ölkə, Manşet > Zərdab sakinləri başçını görün, nədə ittiham edirlər...

Zərdab sakinləri başçını görün, nədə ittiham edirlər...


27-03-2017, 09:23
Zərdab sakinləri başçını görün, nədə ittiham edirlər...
DİA.AZ: - Zərdab rayon sakinləri tərəfindən Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti bəzi ixtisarlarla diqqətinizə çatdırırıq:

"Hörmətli prezident, hörmətli vitse-prezident düz 10 ildir ki, Lütvəli Babayev Zərdab rayonunda icra başçısıdır. Gəlin baxın, Zərdab Respublikada ən geridə qalmış rayondur ki, bununda bir nömrəli səbəbkarı Lütvəli Babayevin yarıtmaz fəaliyyətidir. Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi rayon yolları tam yararsız vəziyyətdədir.Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb.Rayonun mərkəzi küçələri zibilliklərə sahibsiz itlərə qərq olub.

Bu 10 il ərzində Lütvəli Babayev ancaq talançılıqla məşğul olub.Buna görə Zərdab Respublikada ən yoxsul, şəraitsiz rayondur.Lütvəli Babayev sahibkarlardan haqq alır.Dəhşətlisi odur ki, həttda çayxana ilşədənlər də icra başçısına haqq verirlər.Rayon sakinləri bu yaramaz icra başçısından narazıdırlar.Lütvəli Babayev həm də savad baxımdan çox zəifdir".

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bu adam nəinki icra başçısı adicə gözətçi vəzifəsinə də layiq deyil. Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir.Bu video çıxış tam subut etdi ki, Lütvəli Babayev savadsızdır. Lütvəli Babayevin yaxın günlərdə Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyi barədə yaxın ətrafına deyib.Buna görə artıq yuxarı dairələrin haqqın verdiyinidə qeyd edib.

Elə buna görədir ki, Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyindən tez sahibkarlara hücum çəkib.Rayonda fəaliyyət göstərən bütün sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb.Adınıda belə qoyub ki, guya pambıq əkilməsi üçün pul toplanılır.

Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik heç bir vəzifəyə yaramayan savadsız Lütvəli Babayevin barəsində tədbir görsünlər. Bizə kömək edin.

İmza; Zərdab rayon sakinləri Qasımov Faiq Nəsir oğlu
Sadıqova Səmərrux Eldar qızı
Mehdiyeva Aybəniz Rafiq qızı
Əliyev Lətif Səhrab oğlu
Süleymanova Xədicə Məmməd qızı
Vəliyev Qurban Oruc oğlu"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt