Əsas Səhifə > Ölkə, Manşet > İcra başçısından prezidentə şikayət

İcra başçısından prezidentə şikayət


1-03-2017, 10:24
İcra başçısından prezidentə şikayət
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının birinci
vitse-prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən
ƏRİZƏ

Cənab Prezident, icra başçılarına verdiyiniz göstərişlərə baxmayaraq Laçın rayon icra başcısı Aqil Nəzərli və korrupsioner dəstəsi qanunsuz əməllərini uğurla davam etdirərək göstərişlərinizdən nəticə çıxarmayıblar.Aqil Nəzərli dövlətin və YAP-ın maraqlarına deyil, şəxsi maraqlarına xidmət edərək biznesini inkişaf etdirir. Hər il Laçın rayon məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması və rayonun idarə və müəsissələrinin zəruri və əsaslı təmir bərpa işlərinə, inventar və avadanlıqların alınması üçün dövlət büdcəsindən ayrılan milyon manatlarla vəsaitin bir manatı da təyinatı üzrə xərcləmir.Bu vəsait İcra başcısının və müavinlərinin şəxsi büdcəsinə gedir. Onlar dövlətin Laçın rayonuna ayırdığı vəsaiti rayonun inkişafı adı ilə tar-mar ediblər.Bu pulları şəxsi dədə malı kimi öz aralarında bölüşdürüb və sənədləşmədə rayonun inkişafına sərf olunması adı altında rəsmiləşdiriblər.Reallıqda isə rayonda heç bir quruculuq və abadlıq işləri görülməyib.

Laçın rayon İcra başcısının birinci müavini Tofiq Mirzəyev 3 ildi birinci müavin vəzifəsində işləyir T.Mirzəyev bu vəzifəyə təyin olunanda Ağcabədi rayon Taxta-Körpü Qəsbəsində Məcburi Köçgünlər üçün tikilmiş qəsəbədə bir evi və VAZ 2106 markalı maşını olub, amma bu gun dövlət büdcəsindən oğurladığı milyon manatlarla vəsaitin və aldığı yüz min manatlarla rüşvətin nəticəsi olaraq Ağcabədi rayonunda və Bakı şəhərində dəyəri milyon manatlarla ölçülən vilaları, Toyota Land Cruiser Prado markalı maşını və Ağcabədi rayonunda dəyəri milyon manatlarla ölçülən fermer təsərrüfatı yaratmışdır.

Laçın rayon idarə və müəssə rəhbərlərinin yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Laçın rayon sakinlərinin Cənab prezidentə və aidiyyatı dövlət orqanlarına ünvanladğı müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilsə də şöbə müdri Eldəniz Qasımov idarə və müəssə rəbərlərindən rüşvət alaraq vətəndaşların müracətlərinə baxılmaması üçün şərait yaradır və dövlət orqanlarına yanlış izahatlar verərək vətəndaşların müracətlərini üst bastır edir. E,Qasımov 2012-ci ildə bənzər əməllərin üstündə və Laçın rayon İcra Hakimiyyətinin tabeliyinde formalaşmış xeyiriyyə fondundan küllü miqdarda vəsaiti yaxın qohumlarının adına yazıb mənimsədiyinə, dövlət sirin yaydığına görə Rayonun sabiq İcra Başçısı R.Cəbrayılıov tərəfindən vəzifədən qovulmuşdur.Lakin R.Cəbrayılıov işdən çıxarıldıqdan sonra E.Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən İcra Hakimiyyətinə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri təyin edilmişdi.Eldəniz Qasımov Aqil Nəzərli üçün əvəzolunmaz kadırdır, çünki Eldəniz Qasımov 10 ildir bu vəzifədə işləyir və saxta sənədlərin tərtib olunması üzrə bir nömrəli mütəxəssisdir. Xudayarov B. Tel:0507413096

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt