Əsas Səhifə > Ölkə, Manşet > AzTV müxbiri AzərTAc müxbirinə qalib gəldi

AzTV müxbiri AzərTAc müxbirinə qalib gəldi


8-02-2017, 09:15
AzTV müxbiri AzərTAc müxbirinə qalib gəldi
Ukraynadakı mənbələrimizdən Moderator.az-a ilginc məlumat daxil olub.

Bildirilir ki, AzərTAc-ın Ukrayna üzrə xüsusi müxbiri Zeynal Ağazadə tutduğu vəzifədən azad edilib. Məlumata görə 2000-ci ildən Kiyevdə fəaliyyət göstərən Z. Ağazadə çoxdan imiş ki, AzTV nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovla yola getmirmiş. Münasibətlərdəki gərginliyiə baxmayaraq M. Aslanov heç cür Z. Ağazadənin "torbasını tikə" bilmirmiş.

Ancaq Ukraynaya yeni təyin olunmuş səfir Azər Xudiyevlə dostluq münasibətlərindən istifadə edən M. Aslanov nəhayət Z. Ağazadənin 17 illik Kiyev dönəminə son qoymağı bacarıb və yanvarın 31-də AzərTAc-ın müxbiri böyük qalmaqalla vəzifəsindən kənarlaşdırılıb.

Z. Ağazadənin yerinə hələlik təyinat olmasa da Ukraynadakı mənbələr həmin posta Mövsüm Aslanovun öz dostunu gətirəcəyi bildirirlər. Həmin şəxsin adı bizə məlum olsa da hələlik yazmağı lazım bilmirik.

Geri qayıt