Əsas Səhifə > Ölkə, Manşet > Eldar Mahmudov üçün taleyin qazdığı quyu

Eldar Mahmudov üçün taleyin qazdığı quyu


23-01-2017, 08:53
Eldar Mahmudov üçün taleyin qazdığı quyu
Bu gün ölkə vətəndaşını məşğul edən çoxsaylı qayğılaravə ehtiyaca baxmayaraq hamı haqlı olaraq “Əlibaba və 40 quldur” filmi ilə müqayisə olunan Eldar Mahmudovun rəhbərlik etdiyi cinayətkar şəbəkənin heç kimin gözləmədiyi halda hansısa sehrli əlin iradəsi ilə ifşa olunmasına bir tərəfdən sevinir, o biri yandan heyrətini də gizlətmir ki, bütün bunlar necə oldu baş verdi. Yəni gerçəkdən də insan oğlu anlamaqda çətinlik çəkir ki, nədən Eldar Mahmudov bu qədər özünü, geyindiyi paqonları, oturduğu o boyda yüksək və zəhmli kürsünü bir quruşluq edib yerdən-yerə vurdu. Axı adama intəhasız sərvət lazım idisə, əldə etmişdi, inanılmaz səlahiyyət istəyirdisə, o da var idi. Bəs necə oldu ki, Eldar Mahmudov “Balıqçı və balıq nağlı”ndakı qarıdan da betər acınacaqlı aqibətlə üzləşməli oldu? Nəfsimi ona qalib gəldi, yoxsa bizim bilmədiyimiz başqa səbəblər də vardı?

Bu günlərdə mötəbər bir mənbədən Moderator.az-a daxil olan məlumat bu sualların bir çoxuna aydınlıq gətirməyə kifayət edəcək arqumentlərlə zəngindir. Sən demə, hələ 10 il öncə, yəni nazir təyinatından bir müddət sonra Eldar Mahmudova ölkə rəhbərliyi tərəfindən xüsusi bir tapşırıq verilib ki, hansısa yüksək və orta çinli məmurun müxalifətlə əlaqəsinin olub-olmamasını yoxlamaq üçün kütləvi dinləmə həyata keçirilsin. Ələ düşmüş bu fürsətdən cəzasızlıq boşluğuna düşən MTN rəhbərliyi bu dinləmələrin əhatə dairəsini hətta ən aşağı səviyyəli məmurlara qədər genişləndirəndə şokedici mənzərə ilə qarşılaşırlar. Yəni bu dinləmələr hansısa məmurun müxalif düşərgədən kimlərləsə iş birliyini üzə çıxarmasa da dövlət büdcəsinin amansızcasına talanması və bütövlükdə ölkədə dövriyyədə olan on milyardlarla çirkli pulun ağılasığımaz layihə və ideyalara sərf olunduğu üzə çıxarılır. Bu zaman Eldar Mahmudov və acgöz komandası “o olmasın bu olsun” məntiqi ilə davranaraq həmin dinləmələri pula çevirməyə başlayırlar. Beləcə nəinki nazir, icra başçısı, bələdiyyə sədri, hətta JEK müdirlərini və nəzərəçarpacaq daşınar-daşınmaz əmlaka sahib olan adamları da müxtəlif yollarla, əsasən də qadınların əli ilə şantaj edərək on milyardlarla vəsait toplayırlar.

Qamarladığı pulların sayının-hesabının itməsi sonda Eldar Mahmudovun başını elə xumarlandırır ki, xam xəyallara düşməkdən də çəkinmir. Beləliklə də öz nəfsinin bəlasına, daha doğrusu, özü qazdığı quyuya özü düşür. İndi də nə qədər çabalayırsa o quyudan çıxa bilmir. Doğrudur, bu gün o fiziki olaraq həmin quyuda olmasa da bir cəhənnəm əzabı yaşadığına kimsənin zərrə qədər şübhəsi yox...

Geri qayıt