Əsas Səhifə > Ölkə, Manşet > “Eldar Mahmudovla mən hər şeyi bilirik, amma heç nə danışmayacam“
“Eldar Mahmudovla mən hər şeyi bilirik, amma heç nə danışmayacam“4-01-2017, 13:02 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının agentlərin mükafatlandırılması adı ilə dövlət büdcəsindən 1 milyon manat mənimsəmələri epizodu üzrə dindirilən zabitlər nazir Eldar Mahmudovun adını çəkib. “Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, baş idarənin 1-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi, hazırda həbsdə olan Natiq Alıyevin general Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından ümumilikdə 600.000 manat götürdüyü müəyyən olunub. N.Alıyevə bu barədə ifadə vermək təklif olunanda o, həmin pulların kimə və hara verildiyi barədə vəkilinin iştirakı olmadan məlumat verməyəcəyini bildirib: “Xahiş edirəm qoyulan sualların cavablarını həmin baş idarənin keçmiş rəisi, general Sübhir Qurbanovdan soruşun. Verdiyiniz sualların şəxsən mənə aidiyyəti yoxdur. Mən o, pulları götürməmişəm. Mənə deyiblər ki, bu pullar rəsmi tədbir ilə əlaqədar xərclənir. Kassadan mənim təşəbbüsüm ilə 150.000 pul verməzdilər. O pulları mənə kim verərdi? Bunlardan birmənalı mənim xəbərim yoxdur. Ola bilər kassadan sənədi gətiriblər imza etmişəm, amma mən pulu görməmişəm. Gedin Sübahir Qurbanovdan soruşun”. Aşkarlanan bu cinayət əməli ilə bağlı baş idarənin 1-ci idarəsinin sabiq rəisi, hazırda həbsdə olan Fizuli Əliyevə də ifadə vermək təklif olunsa da, o, Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından götürdüyü ümumilikdə 200.000 manat pulun kimə və hara verildiyini barədə yazılı izahat verməkdən imtina edib: “Xahiş edirəm qoyulan sualların cavablarını həmin baş idarənin keçmiş rəisi Sübahir Qurbanovdan soruşun. Bu məsələni keçmiş nazir Eldar Mahmudov da bilir. Mənim tərəfimdən heç bir mənimsəmə olmamışdır. Mən tapşırığı icra etmişəm. Hər şeyi bilirəm, lakin bu haqda danışmayacam”. Qalan pulları kassadan götürən MTN əməkdaşları, şöbə rəisi Elnur Həmidbəyli, baş əməliyyat müvəkkilləri Emin İmaməliyev və Rüfət Abdullayev bildiriblər ki, öz agentlərinə 100 min mükafat aldıqlarına dair qəbz imzalatdırıblar. Lakin qəbzi və pulu Füzuli Əliyevə veriblər. İstintaq yüzminlərlə mükafata qol çəkən 9 nəfər agentlə nəzarət görüşləri keçirib. Onların hər biri həmin məbləğlərdə pul vəsaitlərini almadıqlarını, lakin baş idarənin müvafiq əməkdaşlarının tələblərinə və həmin pul vəsaitlərinin guya digər vacib əməliyyat tədbirlərinə istifadə olunacağı barədə onların izahlarına inanaraq həqiqətə uyğun olmayan qəbzlər yazdıqlarını bildiriblər. Geri qayıt |