Əsas Səhifə > Ölkə, Manşet > Akif Çovdarovun Novxanıda daha iki torpaq sahəsi aşkarlandı

Akif Çovdarovun Novxanıda daha iki torpaq sahəsi aşkarlandı


21-11-2016, 11:55
Akif Çovdarovun Novxanıda daha iki torpaq sahəsi aşkarlandı
Sabiq MTN generalı Akif Çovdarovla bağlı Moderator.az-a yeni informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarov Novxanı çimərliyi yaxınlığnda da onlarla sot torpaq sahəsi ələ keçirib:
“A.Çovdarov Novxanı çimərliyi yaxınlığında iki ayrı ərazidə ümumi sahəsi onlarla sot olan torpaq sahəsinə malikdir. Bunlardan biri məşhur “Aquapark” istirahət mərəzinin yaxınlığında, digəri isə Novxanı çimərliyindən Coradil çimərliyinə gedən yolun üzərində yerləşir”.
Mənbənin sözlərinə görə, bu yerlərdən biri vətəndaşı qorxutmaq, digəri isə dövlət torpağını zəbt etmək yolu ilə ələ keçirilib:
“İstrahət mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi A.Çovdarov tərəfindən torpaq sahibini qorxutmaq və şantaj etmək yolu ilə ələ keçirilib. Digər torpaq sahəsi isə Coradil çimərliyinə gedən yolun üzərində yerləşir ki, hasarlanan bu torpaq sahəsi dövlət balansında olub və sonradan A.Çovdarov tərəfindən zəbt edilib. Hansı ki, hər iki torpaq sahəsi bu gün də A.Çovdarovun mülkləri sıyahısına daxildir və ona dövlət tərəfindən əl qoyulmayıb”.
Mənbənin sözlərinə görə, MTN generalının Zirə, Fatmai, Türkan ərazilərində də xeyli torpaq sahəsi var ki, onların üzə çıxarılması üçün əlaqədar dövlət qurumları tərəfindən xırda bir araşdırmanın aparılması yetərlidir.

Geri qayıt