Əsas Səhifə > Ölkə / Manşet > В«Baku Steel CompanyВ»də əcaib işlər çevrilir...

В«Baku Steel CompanyВ»də əcaib işlər çevrilir...


1-10-2016, 10:30
В«Baku Steel CompanyВ»də əcaib işlər çevrilir...
2001-ci ilin iyun ayının 21-də fəaliyyətə başlayan “Baku Steel Company” MMC bu gün ölkənin metallurgiya sənayesini faktiki olaraq inhisarında saxlayır. Belə ki, adıçəkilən MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun bir sıra yollara baş vuraraq sözügedən sahədə fəaliyət göstərən bir çox şirkət və müəssisələri özündən asılı vəziyyətə saldığını, hətta onların əmlaklarını özününküləşdirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, В«Baku Steel CompanyВ» inhisarçı, varlı müəssisə olsa da işçiləri rəhbərlikdən kəskin narazıdır. Adıçəkilən şirkətin səhmdarlarına hədə-qorxu gələrək, onların dividentlərini vermədiyini, payçıların sayını süni şəkildə azaltmağa çalışdığını vurğulayan mənbənin sözlərinə görə, В«Baku Steel CompanyВ» MMC В«BakelektroqaynaqВ» ASC-nin əsas payçısdır: В«Deyilənlərə görə, В«Baku Steel CompanyВ» MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov əlinə düşən hər fürsətdə səhmdarları alçaldır, dividentlər isə ümumiyyətlə verilmir, heç bir yığıncaq çağırılmır. Bu və digər neqativ hallarla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, hələ də Rasim Məmmədovun əməllərinə lazımı qiymət verən yoxdur. Yəni onun barəsində hər hansı bir tədbirin görülüməsinə cəhd belə edilmir. Təbii ki, bu gün В«Baku Steel CompanyВ» MMC-də yaşanan hadisələr ölkə konstitusiyasının pozulması, özəl mülkiyyətin toxunulmazlığı hüququnun ayaqlar altına alınması anlamına gəlir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov metallurgiya bazarını tam ələ keçirmək uğrunda mübarizə aparır. Bununla da artıq sözügedən bazar monopoliyalaşıb və В«Baku Steel CompanyВ» MMC-nin ixtiyarına keçib. Bəllidir ki, ölkədə böyük tikinti-quraşdırma işləri gedir. Burada armatur bazarı üçün böyük imkanlar açılıb. В«Baku Steel CompanyВ» isə bu imkanları tam olaraq ələ keçirməyi planlaşdırırВ». Bu ilin iyul ayının 1-də В«Baku Steel CompanyВ» MMC-də partlayışın baş verdiyini xatırladan məlumatlı şəxs bildirir ki, nəticədə zavodun işçiləri ağır bədən xəsarətləri alıblar: В«Deyilənlərə görə, В«Baku Steel CompanyВ» MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Hətta ölənlər də olmuşdu. Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin keyfiyyətinin səviyyəsini sovet dövrü səviyyəsinə endirir. Qeyd edək ki, ölkədə zor gücü ilə В«dəmirВ» monopolisti olan В«Baku Steel CompanyВ» MMC rəhbəri olan Rasim Məmmədovu çoxu yaxşı tanıyır, onun necə xarakterə malik olduğunu demək olar ki, hamı bilir. Belə ki, deyilənlərə görə, В«Baku Steel CompanyВ» MMC-nin Müşahidə Şurasının sədri üçün hansısa fəhlə sadəcə В«qapazaltı zümrəВ» kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. Bildiyiniz kimi, Rasim Məmmədovun adamlarının Bakıdakı metaləritmə müəssisələrinə hücumu barədə indiyədək kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar yayımlanıb. Şirkətin adamları bəzi yüksək vəzifəli şəxslər tərəfindən himayə olunmalarından istifadə edərək, müəssisələrə basqın edir, onların əmlakını ələ keçirir. Məsələn, В«Ataxan Dəmir SənayeВ» Türkiyə-Azərbaycan birgə müəssisəsi, В«Şəhriyar 99В», В«R.A.N.KВ» MMC və başqa metaləritmə müəssisələri eyni aqibətlə üzləşib. Deyilənlərə görə, В«Baku Steel CompanyВ» indiyədək təqribən 21 özəl şirkəti hədələyib. Lakin buna baxmayaraq, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun əməlləri müvafiq qurumlar tərəfindən susqunluqla qarşılanıb. Halbuki təzyiqərə məruz qalan bütün müəssisələr В«Baku Steel CompanyВ»nin rəhbəri Rasim Məmmədovun açıq-aşkar təhdidlərilə üzləşdiklərini vurğulayıblar. Buna rəğmən, hələ də onun barəsində ölçü götürülməyib. Məhz bu, onu deməyə əsas verir ki, В«Baku Steel CompanyВ» MMC-nin Müşahidə Şurasının sədrinin himayədarı kifayət qədər təsir imkanlarına malik olan şəxslərdən biridir. Görünən odur ki, Rasim Məmmədov rəqiblərini məhz himayədarlarının sayəsində В«zərərsizləşdirməyəВ» nail olurВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt