Əsas Səhifə > Ölkə, Manşet > Belə bir təfəkkürdə olan icra başçısı görəvdədirsə...

Belə bir təfəkkürdə olan icra başçısı görəvdədirsə...


6-09-2016, 09:43
Belə bir təfəkkürdə olan icra başçısı görəvdədirsə...
Aprel döyüşlərində yaralanan daha bir döyüşçümüz İcra Hakimiyyətinin laqeydliyindən narazılıq edir. Hazırda Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan F. Quliyev deyib ki, hazırda əmək qabiliyyətini itirdiyi üçün ailəsinə baxa bilmir: “27 yaşım var və aprel ayının 2-də Füzulidə, Lələ Təpədə gedən döyüşlərdə yaralanmışam. Yaram hələ tam sağalmayıb, ayağımda aparat var və hazırda hospitalda müalicə olunuram. Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam”.
Tia.az-a verilən məlumata görə, 3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və hazırda uşaqların qaldığı çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədir: “Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur”.

Belə bir təfəkkürdə olan icra başçısı görəvdədirsə...

Gizir F. Quliyev müalicəsindən razı olsa da, evinin uçmaq ehtimalı olduğu üçün ailəsindən nigarandır: “Müalicəmlə bağlı bir problemim yoxdur. Ancaq hazırda hospitalda müalicə aldığım üçün üç övladım shaibsiz qalıb. Onlara baxan yoxdur. Evimiz də yaşayış üçün yararsız vəziyyətdədir. Beləki, hər an uça bilər. Əmək qabiliyyətimi itirmişəm, uşaqların təhlükəsizliyi üçün heç nə edə bilmirəm”.
Qeyd edək ki, gizir uşaqlarının normal yaşayış şəraiti ilə təmin olunmaları üçün aidiyyatı olan dövlət qurumlarına müraciət etdiyini, lakin bunun nəticəsiz qaldığını bildirib.

Geri qayıt