Əsas Səhifə > Ölkə, Manşet > "Diaqnoz" Tibb Mərkəzində lor həkimi 7 yaşlı uşağın həyatı ilə necə oynayıb?
"Diaqnoz" Tibb Mərkəzində lor həkimi 7 yaşlı uşağın həyatı ilə necə oynayıb?5-07-2016, 10:06 |
Daha soruşan olmayıb ki, "bu uşağın vəziyyəti niyə belə olub,əməliyyatdan 9 gün keçdikdən sonra niyə qanaxma başlayıb?” Xatırlayırsınızsa 2 il bundan öncə "DİAQNOZ" Tibb Mərkəzinin lor həkimi Qənbər Qocayev tərəfindən məhv edilən balaca Nihad haqqında sizə məlumat vermişdik.Belə ki, Qənbər Qocayev Nihadın boğazında olan artıq əti götürmək məqsədi ilə əməliyyat edib. Lakin lor həkim bir anlıq unudub ki,onun işi artıq əti götürməkdi,bütün boğazı kəsib,doğramaq yox… Əməliyyatdan bir gün sonra evə buraxılan Nihadda bundan sonra mütəmadi olaraq qanaxmalar başlayıb.Lakin adı çəkilən tibb mərkəzində sadəcə qanaxmanın qarşısını almaq üçün sistem köçürüblər. Daha soruşan olmayıb ki, "bu uşağın vəziyyəti niyə belə olub,əməliyyatdan 9 gün keçdikdən sonra niyə qanaxma başlayıb?”. Sanki elə belə də olmalıymış . Artıq hadisədən 2 il keçməsinə baxmayaraq hələ də uşaq tam olaraq sağalmayıb. Nihadın atası Rəşad Bağırov bizə verdiyi müsahibəsində bildirdi ki,artıq il yarımdan çoxdur ki,iş məhkəmədədir. Bundan sonra bu hadisənin Bakıda Apelylasiya məhkəməsi keçirilib və qərara əsasən tibbi ekspertiza keçirilməyi planlaşdırılıb.Lakin ekspertizanın cavabında göstərilib ki, "uşaq tam sağlamdır və heç bir əməliyyata ehtiyac yoxdur.” Məsələyə aydınlıq gətirmək üçün Məhkəmə Tibbi Ekspertiza və PatalojiAnatomiya birliyinin şöbə müdiri Adil Əzimov ilə əlaqə saxladıq. Qeyd edək ki,Bakıda həkim səhlənkarlığı və işinə məsuliyyətsiz yanaşmanın nəticəsində bu kimi xoşagəlməz hadisələrin yaşanması ilk belə hal deyil.Ümidvarıq balaca Nihad tez bir zamanda öz sağlamlığına qovuşacaq və işinə məsuliyyətsiz yanaşan şəxslər də öz cəzasını tapacaq! Geri qayıt |