Əsas Səhifə > Ölkə, Manşet > Qubada "Azərişıq" qarabasması

Qubada "Azərişıq" qarabasması


29-06-2016, 09:10
Qubada "Azərişıq" qarabasması
Vətəndaşların yerlərdə incidilməsi adi hal alıb. Belə olmasaydı, çoxsaylı şikayət məktubları gundelik-baku.com-un redaksiyasına gəlməzdi. Belə məktublardan biri də Quba rayonu Təngəaltı kəndindən gəlib. Ölkə başçısına və surəti redaksiyamıza ünvanlanan şikayət ərizəsində sakinlər narahatlıqlarını dilə gətiriblər. 24 nəfərin imzası ilə təsdiqlənən məktubu olduğu kimi diqqətinizə çatdırırıq: «Bizim Təngəaltı kəndinə qarşı təxribat törədilir! Qonaqkəndə 1972-ci ildə çəkilmiş yüksək gərginlikli elektrik xətti bizim kənddən keçir. Həmən enerji xəttinin altındakı 40 m enliyində torpaq sahəsi «Azərişıq» ASC-yə məxsusdur. Həmən torpaq sahəsi-zolaq şəklində torpaq islahatı aparılarkən heç kimə verilməyib. Yəni «Azərişıq» ASC-nin istifadəsi üçün saxlanılıb. Hal-hazırda «Azərişıq» ASC-nin Qonaqkəndə gedən həmən enerji xəttini təzələyir. Ancaq, «Azərişıq» ASC yenidən çəkdiyi enerji xəttinin Təngəaltıdan keçən hissəsini əvvəl keçdiyi yoldan yox, yeni yoldan AİASC aid olmayan yoldan çəkir. AİASC-nın indiyə qədər və hal-hazırda istifadə etdiyi zolağı buraxır. Yeni xətti Təngəaltı kəndinin yaşayış sahələrinin üstündən, həmçinin istifadə olunan torpaq sahələrinin, bağların, bostanların, kommunikasiyalarının üstündən keçirməklə tikinti aparırlar. AİASC-nin yenidən qurduğu enerji xətti bizə böyük ziyan vurur, bizim yaşayışmız üçün təhlükə törədir». Sakinlər hesab edir ki, ASC hazırda istifadə etdiyi və heç kimə ziyanı olmayan zolaqdan istifadə etmirsə, kəndin əksər əhalisinə ziyan vuran, bütün kəndin əhalisinin və qonaqlarının həyatını təhlükədə qoyan yeni enerji xətti çəkirsə, buna nə ad vermək olar?: «Bu təxribatdır! Qonaqkəndə gedən , 1972-ci ildə çəkilmiş yüksək gərginlikli enerji xətti Təngəaltıya qədər dağlardan çəkilib, Təngəaltı məktəbinə çatarkən kəndin içinə aşağı endirilib. Məktəbin bağında qurulmuş 2 ankerin arasındakı enerji xətti məktəb binasının üstündən keçirilib. Sonra yenidən dağlara qaldırılıb. Bunu edən mühəndis deyilənə görə, Boris adlı erməni olub. Yüksək gərginlikli enerji xəttini məktəbin üstündən qəsdən keçirən erməni Barisin məqsədi məlum idi- nə vaxtsa baş verə biləcək qəzadan məktəbdəkilərin həyatını təhlükədə qoymaq. Bu 1972-ci ildə kəndimizə qarşı törədilən təxribat idi. Bu təxribat baş tutmadı. 10 il qabaq yeni məktəb binası tikilərkən məktəb yüksək gərginlikli enerji xəttinin altından çıxarıldı və uzaqda tikildi. Hal-hazırda həmən enerji xəttinin altında zərər çəkən yaxud təhlükədə qalan heç nə yoxdur. Yenilənən enerji xətti həmən köhnə yolla çəkilərsə, heç kim narazı qalmaz. Ancaq AİASC istəyir ki, təhlükədə qalanlar və ziyan çəkənlər olsun. Özü də keçmişdə olduğu kimi bir məktəb yox, bütün kənd bu ziyanı yaşasın. Borisin bəd niyyəti baş tutmadı. Ancaq enerji xəttini təzələyən mühəndislər erməni Borisin törətdiyi təxribatçı əməli daha məharətlə törədirlər. Görünür işin içində erməni Borisin həmkarları onun işlərini davam edirlər, daha geniş miqyasda və daha inadla təxribatçı əməllər törədirlər». Daha sonra yerli sakinlər bildirir ki, çalışırdıq «Azərişıq» ASC-nin müdriyyəti ilə görüşüb etirazımızı bildirək və tələb edək ki, onlar enerji xəttini bizim evlərimizin və torpaqlarımızın üstündən çəkməsinlər, Onlara məxsus əvvəlki torpaqlara qayıtsınlar: «Özünü iş icraçısı adlandıran Sabir adlı şəxs ilə telefon əlaqəsi saxlaya və ona tələbimizi bildirdik. O isə cavab verdi “ Köhnə xəttin altında evlər tikilib, biz geri qayıda bilmərik. Təngəaltı məktəbinin köhnə binasından qeyri həmən köhnə enerji xəttinin altında heç bir bina olmayıb, əgər bu zolaqda təzə binalar tikilibsə, ancaq sonuncu onillikdə tikilib. Şübhəsiz ki, həmən binaları tikən şəxslər «Azərişıq» ASC-nin müdriyyətinin qeyri-rəsmi qaydalarla razılığını alıb. İndi isə həmən şəxslərin sifarişi ilə köhnə enerji xəttini ləğv edir. Yeni yüksək gərginlikli xətti bizim evlərin, torpaqların və təsərrüfat sahələrinin üstün keçirir. «Azərişıq» ASC məqsədi budur ki, bu şirkət bizi qovsun, torpaqlarımıza yiyələnsin və müştərilərinə satsın. Göründüyü kimi bu uzaqgörən soyğunçuluq planıdır». Quba rayon, Təngəaltı kəndinin sakinləri son olaraq ölkə başçısından kömək istəyirlər: «Cənab prezident, sizdən xahiş edirik ki, bizi gözlənilən həmişəlik təhlükədən və ziyanlardan xilas edəsiniz. Yəni «Azərişıq» ASC-nin Quba rayonunun Təngəaltı kəndində başladığı qanunsuz, kəndə ziyan vuran, təhlükə törədən yarımçıq tikinti işi dayandırılsın. Qonaqkəndə çəkilən yeni enerji xətti əvvəlki köhnə xəttin keçdiyi yola qaytarılsın».

Geri qayıt