Əsas Səhifə > Ölkə, Manşet > Səlim Müslümov aldığı "Naz-Lifan"a hələ minməyib...
Səlim Müslümov aldığı "Naz-Lifan"a hələ minməyib...20-06-2016, 11:11 |
DİA.AZ: - Bir müddət əvvəl, daha dəqiqi neft böhranının ilk günlərində yerli istehsalın stimullaşdırılması məqsədilə hətta dövlət başçısı belə Azərbaycanda istehsal olunan mallara üstünlük verməyin ölkəmiz üşün nə qədər faydalı olacağını xüsusi olaraq vurğulamışdı. Prezident İlham Əliyev bu məqsədlə yerli istehsal olan "Naz-Lifan" maşınlarını da məsləhət görmüşdü ki, bunun da ardından məmurlar "Naz-Lifan" növbəsinə belə durdular. Onların arasında, yəni yerli mal "aludəçilərindən" olan Əmək və Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslümov da "Naz-Lifan" sifariş edənlərdən biri oldu. Bu barədə həmin zaman açıqlama verən Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov mətbuata açıqlama verərək bildirmişdi ki, sifarişçilər arasında Səlim Müslümov da var. DİA.AZ-a daxil olan son məlumatda isə deyilir ki, o zaman məmurlar yarışına qoşularaq özünə yerli mal olan "Naz-Lifan"ı almış əksər məmurlar maşınlarını heç də sürmürlər. Eləcə də Səlim Müslümov. Bu barədə nazirə yaxın qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada deyilir ki, nazir həmin maşınına bir dəfə də olsun minməyib. Təbii ki, biz nazirin yerli istehsala dəstəyini alqışlayırıq. Amma ehtiyacı yoxdursa, ən azından maşın növbəsində olan əlil və yaxud da şəhid ailəsinə bağışlaya da bilər. Geri qayıt |