Əsas Səhifə > Ölkə, Manşet > Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli işgəncələr verilir

Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli işgəncələr verilir


2-06-2016, 09:19
Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli işgəncələr verilir
Pentensiar Xidmətin Qobustan Həbsxanasında özbaşınalıq hələ də hökm sürür. Həbsxana rəisi Fikrət Qafarovun şikayətlərə məhəl qoymaması, məhkumlara işgəncə verməsi ilə prezident İlham Əliyevə və digər vəzifəli şəxslərə müraciət edilib. Amma Fikrət Qafarov öz qanunsuz hərəkətlərini davam etdirir. Onun qanunsuz əməllərindən mətbuatda yazılanda isə daha da hiddətlənir. Belə olan halda isə həbsxana rəisi öz hirsini məhkumların üzərinə tökür. Qəzetimizin ötən saylarında ömürlük məhkum Şakir Rzaxanovun şikayətini işıqlandırmışdıq. Bu günlərdə həbsxana rəisi Fikrət Qafarov Şakir Rzaxanova qarşı daha sərt addımlar atıb. O, ömürlük məhkumu karsa saldırıb və 3 gün ac-susuz karsda saxlayıb. Ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin sədri, Şakir Rzaxanovun anası Müslümat Rzaxanova bildirib ki, Qobustan həbsxanasının rəisinin məhbuslara qarşı qəddar rəftarı, onlara qarşı cinayət xarakterli hərəkətləri barəsində dövlət başçısına məhbus və məhbus yaxınları dəfələrlə müraciət edib: Amma həmin müraciətlərə münasibət bildirilməməsinin nəticəsidir ki, bu gün Fikrət Qafarov “qanun mənəm” deyərək, məhbusa qarşı qəddarlığını daha sərt davam etdirir. Fikrət Qafarov şikayət ərizələrində adının hallandıırılmması üçün məhbusu aldadaraq ərizəni təzədən yazdırıb və adının çıxarılması ilə əlaqədar əvvəlki müraciətdə bildirmişdik. Fikrət Qafarov indi məhbusların işgəncələrlə cəzalandırılmasını, həbsxanaya bir müddət bundan əvvəl rəis müavini təyin olunmuş, əvvəllər səhv etmirəmsə 7 saylı cəzaçəkmə müəssisəsində rəhbər ölmüş Tahir Yusufova tapşırıb. Bu günlərdə oğlumdam aldığım məlumatda bildirir ki, aprelin 27-də heç bir olmadan, səbəbi bildirilmədən rəisin göstərişi ilə Tahir ona aidiyyəti olmayan Firuz adlı həkimlə, həkimə aid rentgen müayinəsi ilə əlaqədar söhbətə müdaxilə edib. Oğlum deyir ki, Tahir mənim üstümə qışqıraraq təhqiramiz surətdə qollarımı qandallayıb və başımı qırxıb, hətta geyimlərimi dəyişdirərək 10 günlük karsa salıb”. Şakir Rzaxanov daha sonra anası ilə söhbətində başına gələnləri belə danışıb: “Mən bu cəzanın səbəbini bildirən sənəd təqdim olunana kimi qida qəbul etməyəcəyimi, həkimlərin nəzərinə çatdırdım. Lakin 9 gün ərzində qida qəbul etməsəm də, nə həbsxana rəisi, nə də Tahir Yusufov maraqlanmadı, sənəd də mənə verilmədi. 10-cu gün səhhətimdə yaranan ciddi problemə görə həkimlərin məsləhəti ilə qida qəbul etdim. Həbsxana rəisinin tabeliyində olan hər kəs, sanki qanunlardan qətiyyən anlayışı olmadan rəisin göstərişi ilə barəmdə, eyni zamanda digər mənim kimi adı “qara siyahıda olan” məhbuslara istədikləri saxta ittihamlar tərtib edərək, barəmizdə ”islaholunmaz” fikrini formalaşdırırlar. Mobil telefon aşkar olunaraq götürülmüş məhbuslara 5 gün cəza verildiyi halda, həbsxana rəisi mənə 15-10 gün kars cəzası verilir. Bilərəkdən mənim saxlandığım kamerada olan məhbuslarla qəsdən problemlər yaşadaraq, əksinə digər məhbusu (Səbuhi adlı) sakit, dinc halda yaşadığımızı görən rəis həmin məhbusu çıxararaq başqa kameraya köçürdü. Halbuki, Səbuhi əvvəllər başqa səbəbdən yerini dəyişmək üçün rəisə müraciət etsə də, yerini dəyişmirdi. Mənimlə münasibəti yaxşı olduğu üçün onu başqa kameraya köçürdü. Bu dözülməz təzyiqlər daha qəddarlıqla davam edir. Bu il fevral ayından səbəbsiz olaraq məhbuslara hətta kamerasında qandal tətbiq edilir.” Müslümat Rzaxanovanın sözlərinə görə, Fikrət Qafarovun göstərişi ilə Tahir Yusufov məhbusları əli arxada qandallayaraq saatlarla qapılarında saxlanılır: “Əsasən Tahir Yusufovun şəxsi metodu ilə məhbusun qırxılmış, tüksüz başını qızmar günəş altında, sərt qış soyuğunda 2 saata yaxın qolu arxadan, ağrılı vəziyyətdə kabinetinin qabağında saxlanılır. Artıq Tahirin məhbusa işgəncə verməyin digər metodlarından biridir. Məhz mənim oğluma qarşı bu metodu Tahir dəfələrlə tətbiq edib”. Komitə sədri qeyd edib ki, həbsxana baş verənlər barəsində səlahiyyətli nümayəndəsi olduğu məhbuslardan, oğlundan aldığım məlumatları cəmiyyətə məlumat verdiyi üçün oğluna qarşı qəddarlıqlar bu gün də davam edir: “Aprelin 27-də səbəbsiz olaraq karsla cəzalanmış oğlumu çıxan kimi saxta ittihamlarla təkrarən karsla cəzalandığı barədə həbsxanadan aldığım məlumatla əlaqədar, oğlumun həyatına yaradılmış real təhlükənin qarşısının alınması ilə əlaqədar Penitensiar Xidmətin rəis əvəz Hüseyn Əlixanova ərizə ilə müraciət etmişəm. Hazırda Fikrət Qafarov qəsdən tərtib etdiyi saxta ittihamlarla təkrar karsa salaraq onu məhv etmək üçün səhhətində ciddi problemlər yaradıb. Məhbus və məhbus yaxınları prezidentə müraciət etdiklərinə belə əhəmiyyət verməyən həbsxana rəisinin “hara istəyirsiniz gedin, mən heç kimdən qorxmuram” deyə bu gün məhbuslara qarşı qəddarlıqlarını daha sərt davam etdirir”.
GundemXeber.az

Geri qayıt