Əsas Səhifə > Ölkə, Manşet > İcra başçısı baş həkimi gözümçıxdıya salıb...

İcra başçısı baş həkimi gözümçıxdıya salıb...


22-04-2016, 08:58
İcra başçısı baş həkimi gözümçıxdıya salıb...
DİA.AZ: - Mirdamət Sadıqov İsmayıllı rayonuna bir ağsaqqal xidməti üçün təyin olunmuşdu, desək, yanılmarıq. Yəni rayondakı məlum qalmaqallı olaylardan sonra sakinlərin xidmətində dayanan bir icra başçısına ehtiyac var idi. Məhz bu etimadla prezident Mirdamət Sadıqovu Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyindən alaraq İsmayıllıya başçı göndərdi. Amma DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Sadıqov cənabları gəldiyi gündən nəinki rayondakı durumu səngidə bilməyib. Əksinə, özü də intirqa edən tərəflərdən birinə çevrilib.

Bu barədə DİA.AZ-a danışan qaynaq iddia edir ki, icra başçısı bir neçə yerli məmurla hazırda da konfliktli münasibətlərdədir. Sadəcə olaraq, onun icra başçısı postunu tutması, gücünün üstünə güc qatdığından, hələlik istədiklərini edə bilir.

Mənbənin dia-az.site-a söylədikləri: "Amma başçının qarşısında dayananlar da var. Məsələn, rayonun baş həkimi Aydın Əsədov neçə müddətdir ki, Mirdamət Sadıqova müqavimət göstərir. Doğrudur, başçı da neçə müddətdir ki, baş həkimə qarşı hətta mediada belə kampaniya apartdırır. Amma yenə də Aydın Əsədov "alınma qala" kimi müqavimət göstərməkdədir".

Mənbə bu konfliktlərin kökündə isə rayonun müxtəlif dövlət qurumlarına ayrılan büdcə pullarına nəzarət istəklərinin dayandığlnı bildirir. Yəni başçı rayona büdcədən ayrılan pulların üzərində tək-tənha hökmranlıq edən qüvvə olmağa çalışır.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt