Əsas Səhifə > Ölkə, Manşet > Ordumuz növbəti həmləsində Qarabağı ildırım sürətilə azad edə bilər

Ordumuz növbəti həmləsində Qarabağı ildırım sürətilə azad edə bilər


13-04-2016, 09:58
Ordumuz növbəti həmləsində Qarabağı ildırım sürətilə azad edə bilər
Ermənistan hakimiyyəti Qarabağdakı son hərbi əməliyyatlardan sonra itirdikləri əraziləri yenidən geri qaytarmaq üçün hazırlıqlara başlayıblar. JAM.AZ xəbər verir ki, artıq bununla bağlı bir sıra addımların atılmasına start verilib.
Belə ki, İrəvan hakimiyyəti qısa müddətdə Laçın dəhlizi və Kəlbəcərə çəkilmiş yeni yolla işğal altındakı Dağlıq Qarabağın ərazisinə xeyli sayda əsgər və texnika gətirib. Məlumatlı mənbələrin bildirdiyinə görə, son iki gündə cəbhə xəttinin möhkəmləndirilməsi üçün Ermənistandan 1 tank briqadası, iki motoatıcı briqada və xeyli sayda canlı qüvvə gətirilib.
Bu qoşunların və canlı qüvvənin əsasən Ağdarə və Füzuli istiqamətində cəmləşdirildiyi müşahidə olunur. Ərazidə proseslərə nəzarəti ələ almış Azərbaycan Ordusu isə hazırlıq içindədir. JAM.AZ xəbər verir ki, düşmənin edə biləcəyi istənilən hücumunun qarşısını almaq üçün Ordumuz yüksək hazırlıq vəziyyətinə gətirilib. Erməni qoşunlarının hərəkət edəcəyi təqdirdə, onları məhv etmək üçün bütün tədbirlər görülüb və əks hücum planı belə hazırlanıb.
Məlumatlı mənbələrin bildirdiyindən belə başa düşülür ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı qondarma rejimə artıq etibar etmirlər. Ona görə də, müharibəni aparmağı birbaşa öz üzərlərinə götürüblər. Eyni zamanda, Azərbaycan Ordusunun son hücumlarından sonra cəbhə xəttinin yarılması və xeyli mövqe dəyişikliyi ermənilərin həm ərazidə, həm də diplomatik danışıqlarda zəif tərəf olaraq çıxış etmələrini təmin edir ki, onlar da bununla razılaşmaq fikrində deyillər.
JAM.AZ xəbər verir ki, artıq yerli və xarici ekspertlər də təsdiqləyirlər ki, bundan sonrakı mərhələdə nə Azərbaycan, nə də Ermənistan tərəfinin sakit duracağı inandırıcı görünmür. Onların fikrincə, ermənilər itirdikərini geri qaytarmaqda israrlıdırlar. Azərbaycan isə işğal altındakı torpaqlarını azad etmək üçün hücumlara başlamağa hər an hazırdır. Ekspertlərin qənaətinə görə, belə vəziyyətlərdə uzunmüddətli müharibənin start götürməsi daha inandırıcıdır.

Geri qayıt