Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədovun taxt-tacı niyə silkələndi...

Ziya Məmmədovun taxt-tacı niyə silkələndi...


18-03-2016, 11:00
Ziya Məmmədovun taxt-tacı niyə silkələndi...
DİA.AZ: - Bir müddət əvvəl revanş götürdüyünü, yenidən işlərinin məcrasında getdiyini nümayiş etdirməyə çlışan və hətta rayon səfərlərinin birində jurnalistlərlə zarafatlaşaraq əhvalının yaxşı olduğunu nümayişakaranə formada ifadə edən, amma bu gün yenidən küncə sıxışdırılmış kimi görünən Nəqliyyat Naziri Ziya Məmmədovun nədən birdən-birdə hədəfə çevrildiyi ən çox dartışılan mövzulardan olub.

Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mənbə maraqlı açıqlamalar verib. Mənbənin söylədikləri:

Ziya Məmmədov baş nazir olmaq istəyirmiş...

"Ziya Məmmədov baş nazir olmaq istəyirdi. Amma alınmadı. Özü hədəfə çevrildi. Bu gün rəhbərlik etdiyi qurum nəqliyyat nazirliyi olsa da, az qala piyadalara hökm etməkdən başqa bir səlahiyyəti qalmayıb. İtirə-itirə gedir. Çünki çox nüfuzlu iqtidar dairələrinə qarşı hazırlıqsız şəkildə cəbhə açdı. Bu gün isə onun bədəlini ödəyir.

Hətta oğlu ilə bağlı planlarından da vaz keçməli oldu. Qardaşları, ona yaxın olan digər vəzifəlilər mövqelərini itirdi. İqtisadi anlamda da ciddi zərbələr aldı. Bu gün elə bir şəraitdədir ki, yaknız özünü qorumaqla yetinə bilir".

Hanı onun mətbuat xidməti...

Mənbə dia-az.life-a bildirir ki, bu gün Ziya Məmmədovun nazirliyinin mətbuatda sözçüsü olmalı olan rəsmi şəxslərin də susqunluğu təsadüfi deyil: "Nazir bu barədə net qadağa qoyub, çünki NN-nin mətbuat xidmətinin mətbuatdakı fəallığı birbaşa olaraq Ziya Məmmədovun "vurulmasında" mühüm rol oynadı. İndi də susur. Çünki danışma qadağası var. Ziya Məmmədov nədənsə mətbuat xidmətini, adamlarını yeniləməyi düşünmür. Halbuki onun adamları məhz görülən işin yanlış təqdimatında, baş verənlərin yanlış izahatında nazirə problemlər yaratdıqlarından bu gün yaşadıqları daha da çətin məcraya yöpn alıb".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt