Əsas Səhifə > Ölkə, Manşet > Fazil Məmmədovun işçiləri da narazılıq edirlər
Fazil Məmmədovun işçiləri da narazılıq edirlər15-03-2016, 09:24 |
Ölkədəki dərin böhran vergi işçilərinə də təsirsiz ötüşməyib. Artıq 3 aydır ki, vergi işçilərinin bir hissəsi maaşlarını ala bilmir. Bu haqda “Basta”ya vergi işçilərindən biri məlumat verib. “Əvvəllər maaşlardan əlavə “paketdə” pul verirdilər. Sonra “paketi” kəsdilər. İndi üçüncü aydır maaş da almırıq. İdarədə hər dəfə bizə deyirlər ki, gələn həftə maaş veriləcək, amma söhbət 3-cü aydır ki uzanır”, – mənbə deyib. Mənbə bildirir ki, vergi işçilərinin əksəriyyəti indi pulsuz işləyir: “Əvvəlki ayların maaşlarını almaq xatirinə işə gəlib gedirik, tapşırıqları yerinə yetirirk. Həm də işdən çıxıb başqa bir iş tapa bilməyəcəyik”. Vergi işçisi böhran başlayandan sonra işlərin çoxaldığını və demək olar ki, hər gün sahibkarlarla üz-göz olduqlarını deyir. “Böhrana görə indi hər yerdə ixtisarlar gedir. Məsələn, 5 nəfər rəsmi işçisi olan özəl bir müəssisə gəlib deyir ki, işçilərimdən ikisini ixtisara salmışam, çünki maaş verə bilmirəm. Amma bizə bu ixtisarları qeydiyyata salmaq qadağan olunub. Bizə deyiblər ki, ixtisarları qeydiyyata salsaq, işsizlərin çoxaldığı üzə çıxacaq. İndi təsəvvür edin ki, müəssisə rəhbərlərindən ixtisara saldığı işçiyə görə də vergi ödəməsini tələb etmək məcburiyyətindəyik. Bu isə hər gün yeni bir insidentin yaranmasına səbəb olur”, – mənbə bildiri. “Üstəlik indi bizdən tələb edirlər ki, məsələn, öz həyətində istixana qurub pomidor-xiyar becərən kənd adamlarının da əmək müqaviləsi ilə işləməsini təmin edək. Onlar isə bizə deyirlər ki, əgər həyətdə pomidor yetişdirməyə görə də vergi verəsi olsalar, o halda bu işi dayandıracaqlar, çünki vergi ödəsələr bu işdən heç bir xeyirləri qalmayacaq. Ona görə bu il istixanalarda tərəvəz becərənlər də azalıb”. Qeyd edək ki, vergi işçilərinin maaş cədvəlinə əsasən vergi müfəttişinin maaşı 510 manatdır, şəhər rayon şöbələri üzrə müfəttişlərin maaşları isə 315 manatdır. O vaxtan bəri manatın kursu təqribən iki dəfə ucuzlaşıb və böyük bahalaşma gedib. Üstəlik indi vergi işçilərinin maaşlarının ümumiyyətlə verilməməsi bu sahədə çalışanların böyük narazılığına səbəb olub. Baş Vergi İdarəsi üzrə maaş cədvəli: Ərazi vergi departamentləri, idarələri və filialları üzrə maaş cədvəli: Geri qayıt |