Əsas Səhifə > Ölkə / Manşet > В«Sığorta Mamed"lə Abid Şərifovu nə birləşdirir?
В«Sığorta Mamed"lə Abid Şərifovu nə birləşdirir?29-02-2016, 09:18 |
![]() В«AzərsığortaВ» Dövlət Şirkətinin rəhbəri В«Sığorta MamedВ» kimi tanınan Məmməd Məmmədovla bağlı yeni ilginc məlumatlar ortaya çıxıb. JAM.AZ-a daxil olan məlumatlara görə, sözügedən şəxs təkcə Maliyyə Nazirliyinin ayırdığı pulları darmadağın etmirmiş. Onun həmçinin əmlak işlərində də bir sıra əməliyyatlar həyata keçirdiyi deyilir. Redaksiyamıza məlumat verən mənbələrin bildirdiyinə görə, В«AzərsığtortaВ»nın bütün rayonlarda əmklakı var və Məmmədov da onların hamısını özəlləşdirib. Və bu özəlləşdirmədən sonra onlar üzərindən pullar qazanmağa başlayıb. В«Həmin əmlakları sonradan 10-20 dəfə bahasına şirkətin yerli şöbələri üçün icarəyə götürdü. Hazırda sığorta şirkəti həmin icarə haqlarına görə, hər ay milyonlarla manat pul ödəyirВ». JAM.AZ-a məlumat verən mənbələr daha bir ilginc məqama aydınlıq gətiriblər. Ötən günlərdə bildirmişdik ki, В«AzərsığtortaВ»nın baş mühasibi Əfruz Şərifovadır. Bu xanımın da Məmməd Məmmədovla ortaq olduğu və bir çox işlərinin varlığı qeyd olunurdu. Mənbələr qeyd edirlər ki, Əfruz Şərifova heç də kiçik şəxs deyil. Onun qardaşı baş nazirin birinci müavini Abid Şərifovdur. В«Əfruz Şərifova məhz qardaşının hesabına dövlətdən milyonlarla manat pul almağa nail olur. Yəni, Abid Şərifovun tapşırığı əsasında В«AzərsığtortaВ»ya külli miqdarda pulun ayrılmasını həyata keçirirВ». Bir ilginc məlumat isə В«Sığorta MamedВ»in Hacı Məmmədovla yollarının kəsişməsi ilə bağlıdır. JAM.AZ-a verilən məlumata görə, xeyli əvvəl Hacı Məmmədov şirkət rəhbərinin oğlunu oğurlayıbmış. В«Həmin vaxt Mameddən 1,5 milyon dollar tələb edirmişlər. Lakin В«Sığorta MamedВ» həmin pulu verməkdən imtina etmişdi. Bu vaxt onun oğlunu cəzalandırmışdılar ki, nəticədə, qorxuya düşən şirkət rəhbəri tələb olunan pulu çatdırmalı olmuşdu. 2 il qabaq В«Sığorta MamedВ» digər oğlunu В«Kapital BankВ»ın vəsaitlərini səmərəsiz yerə sərf etdiyinə görə, işdən çıxardılar. Onun avtomobillərə dəyərindən çox kredit ayırdığı məlum olmuşdu. Həmin vaxt o, bunun cəriməsini çox ağır şəkildə ödəməli oldu. Üstəlik, oğlunu həbsdən xilas etmək üçün Karlovı Varı şəhərindəki villasının yaxınlığında işi həll edən məmura yeni villa tikdirməli olmuşdu. Hazırda həmin oğlu Beynəlxalq Bankın sədri təyin etdirib. Amma bütün xərc və cərimələri yola verən Mamed, sonda yaxin çevrəsinə demişdi ki, "Hacı (Məmmədov) bunlarin yaninda toya getməliymişВ». JAM.AZ-a məlumat verən mənbə sonda onu da bildirir ki, В«Sığorta MamedВ»in Abid Şərifovun bacısı ilə birlikdə yeni planları da üzə çıxıb. Onların bildirdiyinə görə, Məmməd Məmmədov şərikləri ilə birlikdə В«AzərsığortaВ»nı oəğv edərək, onu özəlləşdirməyi qərarlaşdırıblar. В«Məmməd Məmmədovun hazırda bir neçə sığorta şirkəti daha var. Ölkədə fəaliyyət göstərən bəzi sığorta şirkətlərini də o yaradıb, lakin sonradan satıb. Hazırda əsas hədəfi В«AzərsığortaВ»nı özəlləşdirməkdir. Bu məqsədlə ilin sonuna kimi rayon filialları ləğv ediləcək. Artıq 7-8 filial ləğv edilibВ». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |