Əsas Səhifə > Sosial, Manşet > Böhranda ləğv ediləcək daha bir dövlət qurumunun adı bəlli oldu...

Böhranda ləğv ediləcək daha bir dövlət qurumunun adı bəlli oldu...


23-01-2016, 11:34
Böhranda ləğv ediləcək daha bir dövlət qurumunun adı bəlli oldu...
DİA.AZ: - Neftin kəskin ucuzlaşmasının yaratdığı fəsadlar Azərbaycan dövlətini neçə müddətdir qənaət rejiminə keçməyə vadar edib ki, bu da təbii qarşılanmalı hadisədir. Ən azından o səbəbə görə ki, proseslər heç də Azərbaycan dövlətinin iradəsi ilə baş vermir. Dünyada yaşanılan böhranın dalğasını daha az hiss etməyimiz üşün isə dövlətin müvafiq addımları davamlı xarakter almalıdır ki, belə bir planın mövcudluğu barədə üst dairələr yetərincə açıqlamalar veriblər.

Elə son çıxışlarında prezident İlham Əliyev də səlahiyyət baxımından bir-birinə alternativlik təşkil edən dövlət qurumlarının, habelə işçi heyətində ixtisar aparılmas mümkünı olan idarə və müəssiələrin islahatlara hədəf olacağını net şəkildə bəyan etmiş oldu.

DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, belə bir dövlət qurumlarından biri də "Azərsu"dur. Xəbəri verən qaynağın sözlərinə görə, hazırda "Azərsu"nun ləğvi və onun səlahiyyətlərini icra edəcək yeni - Nazirlər Kabinetinin tərkibində daha mobil və daha çevik qurumun yaradılması üzərində iş gedir.

Geri qayıt