Əsas Səhifə > Sosial, Manşet > DSMF-nin bu şöbəsində də narazılıq var...

DSMF-nin bu şöbəsində də narazılıq var...


17-12-2015, 09:20
DSMF-nin bu şöbəsində də narazılıq var...
DİA.AZ: - Ölkənin bir sıra dövlət qurumlarının fəaliyyəti hazırda qənaətbəxş hesab olunmur. Bunu vətəndaşların dövlət qurumlarının fəaliyyətiylə bağlı redaksiyamıza daxil olan şikayətlərinə əsasən demək olar. Redaksiyamıza daxil olan şikayət məktublarının çoxu vətəndaşların dövlət qurumlarında üzləşdikləri problemlərlə bağlıdır. Ölkə vətəndaşlarını narahat edən problemləri işıqlandırsaq da, heç bir faydası olmur. Çünki şikayətlərin ardı-arasının kəsilməməsi onu göstərir ki, ölkədə fəaliyyət göstərən qurumların çoxu özbaşınalığa, qanunsuz əməllərə yol verir. Onlara edilən etimaddan sui-istifadə edirlər. Üzərlərinə düşən öhdəlikləri düzgün yerinə yetirmirlər. Özlərinə sərf edən işlərə imza atırlar. Vətəndaşların problemlərini həll etmək əvəzinə onlara əlavə problemlər yaradırlar. Lakin bu cür şəxslər bilməlidirlər ki, ölkənin qanunlarına tabe olmayanların axırı yaxşı olmur. Bu cür şəxslər qanunlara zidd hərəkətlərə yol versələr də, sonda qanun qarşısında cavab verməli olurlar. Ölkə başçısının dəfələrlə məmurlara xəbərdarlıq etməsinə baxmayaraq, bəzi məmurlar bildiklərini edirlər. Dövlət Sosial Müdafiə Fondunun bir sıra yerli şöbələrində məmur özbaşınalığı baş alıb gedir. Məmurların çoxu qanunvericiliyə zidd addımlar atırlar.

DİA.AZ-a Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsində baş verən neqativ hallarla bağlı informasiyalar daxil olmaqdadır. Verilən məlumatlara görə, DSMF-nin Ağsu rayon şöbəsində rayon sakinlərinin hüquqları tapdalanır, vətəndaşları get-gələ salırlar. Rayon sakinlərinin sözlərinə görə, DSMF-nin Ağsu rayon şöbəsinin müdiri Temirşah İsmiyev vətəndaşlara bir çox problemlər yaradır. Müxtəlif bəhanələri əsas gətirərək vətəndaşların hüquqlarını pozur. Vətəndaşlar hüquqlarının pozulmasıyla bağlı əlaqədar qurumlara müraciət etsələr də onların müraciətlərinə baxan olmur. Ağsu sakinləri yarıtmaz şöbə müdirinin əlindən cana yığılıb. Şöbə müdiri fondun fəaliyyətində böyük problemlərin yaranmasına şərait yaradır. Bundan başqa sözügedən qurumda özbaşınalıq yaşanır. Vətəndaşlar dəfələrlə bildirirlər ki, şöbənin işçiləri vaxtında işə gəlmirlər. Saatlarla vətəndaşlar gözləməli olurlar. Bundan başqa işçilər vətəndaşlarla kobud rəftar edirlər. Vətəndaşları gözlədirlər. Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Şöbə müdiri qanunvericiliyin tələblərinə əməl etmir. Müdir şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini digər məsələlərə sərf edir. Vətəndaşları süründürməçiliyə məruz qoyaraq onlar üçün əlavə problemlər yaradır. Bəzən ehtiyacı olana dəfn pulu verilmir, olmayana isə verilir. Vaxtilə yüksək vəzifədə işləmiş, övladlarının adına bir sıra kommersiya obyektləri olan şəxslərə dəfn pulunun verilməsinin heç bir mənası yoxdur. Amma pensiya yaşına çatmayan və heç yerdə işləməyən şəxs vəfat etdikdə onun ailəsinə müavinət ödənilmir. Bu ölülər arasında ayrı-seçkiliyin salınmasından başqa bir şey deyil. Əksər hallarda DSMF-nin yerli şöbələrinin məsul əməkdaşları dəfn pulu almaq üçün müraciət edən vətəndaşları get-gələ salırlar. Ona görə də müvafiq qurumlar bu məsələylə bağlı ölçü götürsələr yaxşı olardı.

Geri qayıt