Əsas Səhifə > Sosial, Manşet > Ləğv edilmiş İnstitutun rektoru postu rəsmən zəbt olunub

Ləğv edilmiş İnstitutun rektoru postu rəsmən zəbt olunub


4-12-2015, 09:22
Ləğv edilmiş İnstitutun rektoru postu rəsmən zəbt olunub
Ötən həftə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnistitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsinə dair sərəncam imzaladı. Sərəncamda o da öz əksini tapdı ki, AMİ-nun filialları bundan sonra ADPU-nun filialları hesab edilsin. Hətta sərəncamda filialların adları belə qeyd edilmişdi.

Faktinfo.az saytına məlumat verən şəxsin bildirdiyinə əsasən , AMİ-nun keçmiş rektoru Aqiyyə Naxçıvanlının kreslosunda hazırda Asəf Zamanov əyləşib. O, Azərbaycan Müəllimlər İnistitutu ilə bərabər, rayon filiallarını da idarə edir. Bunun necə baş verdiyi isə anlaşılan deyil. Asəf Zamanovun nə vaxt prezident sərəncamı ilə AMİ-nun rektoru təyin olunduğu müəmma olaraq qalır.

Məlumat üçün bildirək ki, buna qədər Asəf Zamanov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnistitutunun direktoru olub.

Geri qayıt